SON XƏBƏRLƏR

Gürcüstan və Cənubi Osetiya nümayəndələri görüşəcək

2021.10.20, 07:36
Gürcüstan və Cənubi Osetiya nümayəndələri görüşəcək

Gunaz.tv
Gürcüstan və Cənubi Osetiya nümayəndələri görüşəcək 20080806094526_1.jpg "Yeni Şərq"in Rusiya mətbuatına istinadən yaydığı məlumata əsasən, son zamanlar Gürcüstan-Osetiya münasibətlərinin yenidən kəskinləşməsi siyasət adamlarını hərəkətə gətirib. Belə ki, avqustun 7-də Sxinvalidə Gürcüstan və Cənubi Osetiya arasında münaqişə zonasındakı vəziyyətin nizamlanması ilə bağlı yüksək səviyyəli görüş keçiriləcək. Bu barədə məlumatı Rusiyalı diplomat Yuri Popov verib. Onun sözlərinə görə, görüşdə tərəflər arasında kompromiss qərarın qəbul olunmasına və nəticədə münaqişə zonasında gərginliyin azalmasına ümid var. Qeyd edək ki, Gürcüstan tərəfi israrla Rusiyanın vasitəçi rolundan əl çəkməsini tələb edir. Yeni Şərq 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar