SON XƏBƏRLƏR

GÜRCÜSTANDA VƏZIYYƏT NƏZARƏT ALTINDADIR

2021.10.20, 07:36
GÜRCÜSTANDA VƏZIYYƏT NƏZARƏT ALTINDADIR

Gunaz.tv
GÜRCÜSTANDA VƏZIYYƏT NƏZARƏT ALTINDADIR gurcustan_herbi.jpg Gürcü-osetin münaqişə bölgəsində vəziyyət sabitləşib. Artıq əraziyə ruslar nəzarət edir. Hərbi qüvvələri tamamilə Sxanvalidən çıxaran ölkə prezidenti Mixail Saakaşvili isə Fransanın xarici işlər naziri Bernar Kurnerlə görüşdə bəyan edib ki, rəsmi Tiflis atəşkəs elan edir və güc tətbiq etməməklə bağlı sənəd imzalamağa hazırdır. Separatçı Abxaziya rejiminin hücuma keçəcəyinə dair bəyanatlarından sonra gürcü qüvvələri bu bölgə ilə sərhədə cəmləşdirilib. BMT-nin təhlüukəsizlik şurasının növbəti iclası da nəticəsiz başa çatıb. Rusiyanı Gürcüstana qarşı aqressiyada günahlandıran rəsmi Vaşinqton və Tiflis quruma bununla bağlı qətnamənin qəbulu üçün müraciət etməyi planlaşdırır. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar