SON XƏBƏRLƏR

Gürcüstanı nə gözləyir?

2021.10.20, 07:36
Gürcüstanı nə gözləyir?

Gunaz.tv
Gürcüstanı nə gözləyir? tbilisi.jpg Müxalifətin parlamenti boykot etməsi hansı nəticələrə gətirib çıxaracaq? Gürcüstan müxalifətinin parlamenti boykot etməsi ölkədəki siyasi ehtirasları yenidən qızışdırıb. Müxalifətin Şota Rustaveli prospektində keçirdiyi mitinqin sonunda parlamentin işini boykot edən müxalifət liderləri hamının gözü qarşısında plastik deputat mandatını bıçaqla doğrayıblar. “Birləşmiş müxalifət” blokunun lideri Levon Qaçaçiladzenin sözlərinə görə, seçkinin nəticələri reallığı əks etdirmədiyindən müxalifət parlamentin işinə qatılmaq niyyətində deyil. Gürcüstanda baş verənlərə beynəlxalq təşkilatların mövqeyi birmənalı olsa da, amma o da aydındır ki, beynəlxalq ictimaiyyət Gürcüstanda bir partiyalı parlamentin mövcudluğunu qəbul etməyəcək. Amma hakimiyyətin də müxalifətlə kompromisə meylli olmaması vəziyyəti bir qədər də qəlizləşdirir. Gürcüstan müxalifətinin qarşısına qoyduğu məqsədlərə seçdiyi yolla nail olacağını düşünməyən politoloq Vəfa Quluzadənin fikrincə, parlamentin işində iştirakdan imtina Saakaşvili hakimiyyəti üçün ciddi problem yaratmır: “Düşünmürəm ki, Gürcüstan müxalifətinin seçdiyi yolla nə isə əldə etmək mümkündür. Dünyanın da buna görə Gürcüstana ciddi təzyiq edəcəyi az inandırıcıdır. Çünki dünyaya Gürcüstanın Avroatlantik məkana inteqrasiyası, NATO-ya üzvlüyü və Rusiyanın bu regionda təsirini azaltmaq lazımdır. Saakaşvili isə bunların hamısını təmin edir. Xaricə Gürcüstanda hökmən tam demokratiyanın qurulması lazım deyil. Demokratiya kapitalizmin ən yüksək mərhələsidir. Gürcüstan hələ bu mərhələyə çatmayıb. Ona görə də Gürcüstanda tam demokratik cəmiyyət qurmaq mümkün deyil. Müxalifət də hakimiyyət uğrunda mübarizə aparır, demokratiya uğrunda deyil”. Politoloq Hikmət Hacızadə hesab edir ki, hazırda Gürcüstanda yaranmış situasiyada hakimiyyətlə müxalifətin bir konsensusa gəlməsi vacibdir: “Hakimiyyət müxalifətin arqumentlərinə, gətirdiyi saxtakarlıq faktlarına daha diqqətlə yanaşmalıdır. Hakimiyyətin müxalifət istiqamətində addım atmaması cəmiyyətdə ciddi gərginlik yaradıb və bu proseslərin axırı Gürcüstan üçün heç də yaxşı deyil. Saakaşvili ümumilikdə seçkidə qalib gələ bilər. Amma o gərək əks düşərgənin də mövqeyinə hörmətlə yanaşmalı idi. Əgər hakimiyyət yaranmış situasiyadan demokratik yolla çıxa bilmirsə, deməli, bacarıqsızdır. Saxtakarlıqların iri və yaxud kiçik miqyaslı olmasından asılı olmayaraq hakimiyyətin borcu onları araşdırmaqdır”. azadlıq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar