SON XƏBƏRLƏR

Gürcüstanın qərbi və şərqində vəziyyət nisbətən sabitləşib

2021.10.20, 07:36
Gürcüstanın qərbi və şərqində vəziyyət nisbətən sabitləşib

Gunaz.tv
Gürcüstanın qərbi və şərqində vəziyyət nisbətən sabitləşib poti_qacqin_qiz.jpg Qoridə hərbi obyektlərin yaxınlığında yerləşən ərazilərdə bərpa işləri aparılır Gürcüstanın qərbi və şərqində vəziyyət nisbətən sabitləşib. Gürcüstan İctimai televiziyasının yaydığı məlumata görə, Qoridə hərbi obyektlərin yaxınlığında yerləşən ərazilərdə bərpa işləri aparılır. Bu səhər ərazidə partlayıcı qurğu aşkar olunub. Şəhərdə hərbi əməliyyatlar vaxtı evlərini tərk etmiş sakinlərin geri qayıtması prosesi davam edir. Hazırda 30-a yaxın çadırdan ibarət şəhərcik yaradılıb. Şəhərcikdə 60 minə yaxın qaçqının yerləşdirilməsi müəyyənləşdirilib. Burada həmçinin Tsxinvalidən olan gürcülər də yer alıb. Gürcüstanın Qaçqınlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, iki gün ərzində çadır şəhərciyinə bütün lazımi ərzaq və məişət avadanlıqları gətiriləcək. Potidə isə rus hərbi postları yenə də qalmaqdadır. Rusiya hərbçiləri ötən gecə Potidə Nikora adlı müəssisəyə hücum edərək anbardan hazır məhsulları oğurlayıblar. Qeyd edək ki, müəssisə Rusiyanın ərazidəki postuna yaxın ərazidə yerləşir. Faktla bağlı Gürcüstan prokurorluğunda cinayət işi açılıb. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi Rusiyanın Qara dənizin mühafizəsi konvensiyasından çıxmasını tələb edib. Nazirlikdən verilən məlumata görə, Rusiyanın Poti limanına vurduğu ziyan nəticəsində külli miqdarda yanacaq ehtiyatı dənizə axıdılıb. Nazirliyin bununla bağlı oktyabrın 31-də iclası keçiriləcək. Bütün Gürcüstanın partiarxı ikinci İlya tanınmamış qurumların müstəqilliyinin Rusiya tərəfindən dəstəklənməsini bütün dünyada separatizmin yayılmasına gətirib çıxaracağını deyib. Əsirlərin dəyişdirilməsi Rusiya ilə Gürcüstan arasında itirilən inamı bərpa edə bilər. Bunu Avropa Birliyinin insan hüquqları üzrə komissarı Tomas Hammerberq deyib. Bu prosesi davam etdirmək lazımdır. "Bu çətin dövrdə tərəflərin insan hüquqları və humantar hüquqlara diqqətlə yanaşması vacibdir”./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar