SON XƏBƏRLƏR

Gürcüstanla Cənubi Osetiya arasında atışma başladı, ölənlər var

2021.10.20, 07:36
Gürcüstanla Cənubi Osetiya arasında atışma başladı, ölənlər var

Gunaz.tv
Gürcüstanla Cənubi Osetiya arasında atışma başladı, ölənlər var 20080704142412_1.jpg İyulun 4-nə keçən gecə Gürcüstan və Cənubi Osetiya arasında atışma olub. Səhər tezdən atışma davam edib. Nəticədə ən azı 3 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Cənubi Osetiya tərəfi gürcülərin minomyotlar, qumbara atanlar və avtomatlardan atəş açdığını bildirirlər. “Vesti” telekanalı Sxinvalidə ən azı 15 mərminin partladığını qeyd edir. Tiflisə isə gecə döyüşünün osetinlərin gürcü kəndlərini atəşə tutmasına cavab olduğunu bildirir. Şida Kartli regionunun administrasiyasından bildiriblər ki, son altı saat ərzində Gürcüstanın Tamaraşeni və Nikozi kəndləri bir neçə dəfə atəşə tutulub. Səhər tezdən isə Eredevi və Vanati kəndləri istiqamətində atəş açılıb. Gürcü tərəfi cavab atəşi ilə osetin separatçılarının susdurulduğunu qeyd edir. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar