SON XƏBƏRLƏR

Gürcüstanla Rusiya arasında müharibə başladı.İlk toqquşma Cənubi Osetiya münaqişəsi zonasında baş verib, ölənlər və yaralananlar var

2021.10.20, 07:36
Gürcüstanla Rusiya arasında müharibə başladı.İlk toqquşma Cənubi Osetiya münaqişəsi zonasında baş verib, ölənlər və yaralananlar var

Gunaz.tv
Gürcüstanla Rusiya arasında müharibə başladı İlk toqquşma Cənubi Osetiya münaqişəsi zonasında baş verib, ölənlər və yaralananlar var Cənubi Osetiya münaqişəsi zonasında vəziyyət ciddi şəkildə gərginləşib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, separatçı rejimin “Mətbuat və İnformasiya Komitəsi” iyulun 4-nə keçən gecə gürcü tərəfinin atıcı silahlar, miaatanlar və qumbaraatanlardan istifadə etməklə üç istiqamətdən atəşə başladığını və strateji yüksəklikləri ələ keçirməyə çalışdığını açıqlayıb. Atışmada osetinlərdən 3 nəfərin həlak olduğu, 10-dan çox adamın yaralandığı bildirilir. Gürcüstan Müdafiə Nazirliyinin Sülhməramlı əməliyyatlar üzrə qərargah rəisi Mamuka Kuraşvili isə silahlı toqquşma faktını təsdiqləsə də, Cənubi Osetiya tərəfinin ittihamlarını rədd edib. O bildirib ki, gürcü tərəfinin addımları məcburi və cavab xarakterli olub: “Gecə Cənubi Osetiya tərəfi atəşə başladı, səhər saat altıda isə Böyük və Kiçik Liaxvi dərələrini birləşdirən yolda yerləşən postumuza hücum etdi. Biz cavab atəşi açmağa məcbur olduq”. O, münaqişə zonasında vəziyyətin gərgin, ancaq nəzarət edilən olduğunu vurğulayıb. Cənubi Osetiya separatçılarının lideri Eduard Kokoytı isə gürcü tərəfinin atəşi dayandırmayacağı təqdirdə, münaqişə bölgəsinə ağır texnika yeridəcəklərini bəyan edib: “Biz gürcü tərəfinin öz qoşunlarını geri çəkəcəyini gözləyirik. Əks halda, əldə olunmuş razılaşmalara zidd olaraq münaqişə zonasına yeridilmiş hərbi qüvvələri məhv etmək üçün bölgəyə ağır texnika və hücum silahları göndərəcəyik”. Separatçılar tanınmamış respublikada ümumi səfərbərlik elan ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar