SON XƏBƏRLƏR

Məşhəd bazarında “Xamneyiyə ölüm” şüarları səsləndirildi-VİDEO

2022.02.10, 18:39
Məşhəd bazarında “Xamneyiyə ölüm” şüarları səsləndirildi-VİDEO

Gunaz.tv

Fevralın 10-u günortadan sonra Məşhəd şəhərinin bazarının bütün səsgücləndiricilərində bir neçə dəqiqəliyinə “Xaməneyiyə ğölüm, Xomeyniyə lənət” şüarları səsləndirilib.

“Rza” bazarında çalışan mağaza yiyəəri və satıcılar bazarın səs sisteminin haker hücumuna məruz qaldığını, Xaməneyi və Xomeyniyə qarşı şüarlarla yanaş xalqın etirazlara səsləyən şüarların səsləndiyini deyiblər.

Hələlik kiber hücumun məsuliyyətini hər hansı bir qrup və ya təşkilat öz üzərinə götürməyib.

Fevralın 7-də “Ədaləti Əli” haker qrupu Kərəcin “Qızıl hisar” zindanının sistemlərinə müdaxilə edib və çox sayda sənədləri ələ keçirib.

Qrupun mediaya ötürdüyü sənədlər arasında 2019-cu ilin noyabr etirazları zamanı həbs olunan yüzlərlə məhbusun siyahısı və onlara qarşı irəli sürülən ittihamlar mövcuddur.

Qeyd edək ki, bundan öncə də İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb.

 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar