Məşhədə "Ziyarət+Siğə" turları ucuzlaşdırılıb: Hər gün 1000 iraqlı zəvvar şəhərə səfər edir

01.12.2021, 15:59

İraqlı şiə zəvvarların İranın Məşhəd şəhərinə səyahət turlarının qiyməti minimuma endirilib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun Turizm Komitəsinin üzvü Muctaba Əhmədi noyabrın 28-də mediaya açıqlamasında məlumat yayıb.

O deyib ki, hazırda hər gün 9-11 sərnişin təyyarəsi İraqdan Məşhədə uçaraq, əksəriyyəti kişilərdən olan iraqlı zəvvarları bu şəhərə daşıyır.

“Ötən ayda 30 min iraqlı zəvvar Məşhədə səfər edib. Bu isə o deməkdir ki, hazırda hər gün təxminən 1000 iraqlı zəvvar Məşhədə gəlir. Bundan sonra həftədə 6 uçuş da Küveytdən Məşhədə gerçəkləşdiriləcək və hər gün 1000 küveytli zəvvar da bu şəhərə səfər edəcək. 

Qonşu ölkələrdən şiələrin Məşhədə səfərinin səbəblərindən biri “Məşhəd Turu”nun ucuz olmasıdır. Belə ki, yumşaldılmış şərtlərdən sonra alınan qərara görə, bundan sonra hər bir iraqlı zəvvar yalnız 20 dollarla üç günlük Məşhəd turunu əldə edə, üç sutka bu şəhərin hotellərində qala biləcək.

Başqa sözlə desək, iraqlı zəvvarlar bundan sonra 20 dollar qarşılığında Məşhədin bir ulduzlu, 75 dollar ödəməklə bu şəhərin beş ulduzlu hotellərində üç gün qala biləcəklər. Bu məbləğə həmçinin hava limanına gediş-gəliş, sığorta xərci və gündə üç dəfə yemək də daxildir”, -deyə Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun turizm komitəsinin üzvü Muctaba Əhmədi bildirib.

Muctaba Əhmədi qeyd edib ki, ötən həftə İraqın turizm sektorundan olan bir nüməyəndə heyəti bununla bağlı Tehrana səfər edib və onlarla keçirilən görüşdə iraqlı zəvvarların Məşhədə səfər şərtlərinin daha asanlaşdırılması və onlara ucuz turların təşkil edilməsi ilə bağlı razılığa gəlinib.

Xatırladaq ki, bundan əvvəl Rəzəvi Xorasan əyalətinin Hotelçilər İttifaqının rəisi Məhəmməd Qaneyi mediaya açıqlamasında iraqlıların ziyarətdən daha çox iranlı qadınlarla “müvəqqəti evlilik”, yəni siğə etmək məqsədilə Məşhədə səfər etdiyini təsdiqləmişdi. 

Qeyd edək ki, son illər İrandakı axundların Məşhəd və Qum şəhərlərində müddəti bir neçə saatlıqdan bir neçə günə qədər davam edən üzdəniraq “müvəqqəti evlilik” və ya siğə adı altında dini "Seks Turizm"ə rəvac verməsi sosial şəbəkələrdə geniş işıqlandırılaraq, ölkə əhalisinin kəskin etirazına səbəb olub.

از شایعه حضور مردان عراقی در مشهد تا تکذیبیه رییس اتحادیه هتلداران استان خراسان  رضوی

         Rəzəvi Xorasan əyalətinin Hotelçilər İttifaqının rəisi Məhəmməd Qaneyi

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Həmədanda 700 etirazçı həbs edilib

2022-10-07

gun az article

Güneyli milli fəal Yusif Kari Ərdəbildə saxlanılıb

2022-10-06

gun az article

Ərdəbilli milli fəal Firuz Moini saxlanılıb

2022-10-06

gun az article

“Görüş”də müzakirə: “Güney Azərbaycanda təşkilatlanmanın önəmi”-VİDEO

2022-10-06

gun az article

"Azadlıq, Ədalət, Milli hökumət"- Ərdəbilin Balıqlı çay körpüsü üzərində plakat asılıb

2022-10-06

gun az article

Azərbaycanın Tehrandakı səfiri Xoy zəlzələsi ilə bağlı paylaşım edib

2022-10-06

gun az article

Sulduzda həbs edilən fəallardan xəbər yoxdur

2022-10-06

gun az article

Güney Azərbaycanda qadın yazarlar repressiya və senzura siyasətinə etiraz edir

2022-10-06

gun az article

Təbrizli kinorejissor Məhəmməd Siyaməkniya müvəqqəti sərbəst buraxılıb

2022-10-06

gun az article

Həbsdə olan təbrizli fəal Mehdi Həmidi Şəfiq qeyri-müəyyən şəraitdə saxlanılır

2022-10-06

gun az article

Ərdəbildə divarlara etiraz şüarları yazılıb

2022-10-06

gun az article

Ərdəbilli milli fəallar zindana köçürülüb

2022-10-06

gun az article

Təbrizli müəllim həbs edilib

2022-10-06

gun az article

“Görüş” verilişində müzakirə: “İranda etirazlar davam edir" və "Hədis Nəcəfi" -VİDEO

2022-10-05

gun az article

Xoyda yenidən zəlzələ baş verib: Yeraltı təkanlar Təbrizdə də hiss olunub

2022-10-05

gun az article

Ərdəbil və Təbriz Universitetlərində tətil aksiyası keçirilir

2022-10-05

gun az article

Urmuda çörək qıtlığı yaranıb

2022-10-05

gun az article

“Özümüz” proqramında müzakirə: “Etirazlar və Milli Hərəkata qarşı təxribatlar” - VİDEO

2022-10-05

gun az article

Ərdəbildə divarlara milli şüarlar yazılıb

2022-10-05

gun az article

Təbriz və Tehranda daha iki mili fəal həbs edilib

2022-10-05