SON XƏBƏRLƏR

Məşhəd zindanında saxlanılan sünni məhbuslar BMT-ə məktub yazıb

2022.08.01, 07:56
Məşhəd zindanında saxlanılan sünni məhbuslar BMT-ə məktub yazıb

Gunaz.tv

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı və bu təşkilatın İranda İnsan Haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmana yazılan məktubda məhkəmə zamanı üzləşdikləri haqsızlıqlardan bəhs ediblər.

Onlar İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşlarının barələrində irəli sürdüyü ittihamların qondarma olduğunu, bir sıra şəxsləri təhdid edərək məhkəmədə əleyhlərinə ifadə verməyə məcbur etdiklərini qeyd ediblər.

Məhbuslar əsas cinayətkarların təhlükəsizlik qurumlarında və İran məhkəmə sistemində müxtəlif adlar altında gizləndiklərini və qanunları ayaq altına aldıqlarını yazıblar.

"Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başle və bu təşkilatın İranda İnsan Haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmandan bizim şikayətimizi diqqətə almalarını və hüquqlarımızın bərpası üçün tədbir görmələrini xahiş edirik"-deyə, məktubun sonunda bildirilib.

Qeyd edək ki, İran əhalisinin təxminən 10 faizi sünni məzhəbli müsəlmanlardır və onlar bütün sahələrdə Tehran hökumətinin ayrı-seçkiliyi ilə üzləşirlər.  

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar