SON XƏBƏRLƏR

Məşhəddə 3 dini təhsil alan tələbəni öldürən şəxs edam edildi

2022.06.20, 08:00
Məşhəddə 3 dini təhsil alan tələbəni öldürən şəxs edam edildi

Gunaz.tv

Bu barədə İranın Xorasan-i Rəzəvi əyalətinin məhkəmə başçısı Qulaməli Sadiqi mediaya verdiyi açıqlamada bildirib.

Bundan öncə İran mediası Əbdüllətif Muradi öncə əfqan, sonra isə özbək əsilli olduğunu və bir il bundan öncə qanunsuz yolla Pakisatndan İrana keçdiyini yazmışdı.

O, 5 aprel tarixində Məşhəd şəhərinin İmam Rza ziyarətgahında 3 dini təhsil alan tələbəyə hücum edərək onları bıçaqlayaraq öldürüb.

İran daxili işlər naziri Əhməd Vəhidi və başqa rəsmi şəxslər onun terrorist olduğunu və törətdiyi hərəkəti öncədən planlaşdırdığını iddia ediblər. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar