Məhəmməd Vasim: "Ağdam büsbütün viran qoyulub"

16.02.2022, 21:36

Erməni işğalı dəhşətli fəsadlar yaradıb, Ağdam büsbütün viranəyə çevrilib, şəhərdə bütün evlər dağıdılıb.

Gunaz.tv Quote | Gunaz article

Bunu 21 ölkədən Azərbaycanın azad olunmuş ərazilərinə səfər edən tanınmış səyahətçilər arasında olan əlcəzairli Məhəmməd Vasim Allahi bildirib.

“Doğrudan da bütün bunların bu dərəcədə olması dəhşətdir. Yolboyu ancaq viranələr gördük, bütün evlər dağıdılıb, - səyahətçi Azərbaycana ikinci dəfədir gəldiyini, amma azad olunmuş torpaqlara ilk dəfə qədəm basdığını dilə gətirib.

“Ümid edirəm ki, yenidən qurulan Ağdam əvvəlki kimi gözəl olacaq”.

Bunu isə 21 ölkədən olan məşhur səyahətçilərdən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən avstraliyalı səyyah Reyçel Li Deyvi deyib.

“Bütün bunları görmək dəhşətlidir, əminəm ki, bu, gözəl şəhər idi. Ümid edirəm ki, tezliklə onu yenidən bərpa edəcəklər və o, əvvəlki kimi gözəl olacaq”, - səyyah bildirib.

Reyçel Li Deyvinin sözlərinə görə, o, 2014-cü ildə Azərbaycana ilk səfəri zamanı Qarabağ münaqişəsi barədə məlumat alıb və indi ikinci dəfə ölkəmizə səfər etməkdən, eləcə də işğaldan azad edilmiş əraziləri görməkdən məmnundur.

 

Xatırladaq ki, Azərbaycanın azad olunmuş ərazisinə tanınmış əcnəbi səyyahların bu gün başlayan səfəri çərçivəsində tarixi və mədəni abidələrlə, habelə erməni işğalçılarının törətdiyi dağıntılarla tanışlıq nəzərdə tutulur. Qonaqlar bölgədə aparılan bərpa və yenidənqurma işləri ilə də tanış olacaqlar.

Nümayəndə heyəti artıq Şuşa və Ağdama səfər edib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda onlarla iş yeri hicabsızlıq və orucluq ayına görə bağlandı

2023-03-30

gun az article

İsrail: "İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29

gun az article

İsraildə Azərbaycan səfirliyinin açılışı olub

2023-03-29

gun az article

Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

2023-03-29

gun az article

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə əlaqələrin genişləndirilməsini müzakirə edib

2023-03-29

gun az article

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib

2023-03-29

gun az article

“Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi regionlarda tədbirlər keçirib

2023-03-28

gun az article

Ukraynada İranın daha 12 PUA-sı vuruldu

2023-03-29

gun az article

Çeçenistanda atışma olub: Xüsusi xidmət orqanları iki silahlını məhv edib

2023-03-29

gun az article

Rusiya XİN Ukrayna ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb

2023-03-29

gun az article

İsrail vətəndaşları sentyabrdan ABŞ-a vizasız səfər edə biləcək

2023-03-29

gun az article

“Bu, terror hadisəsidir, məqsəd cəmiyyətdə xof, inamsızlıq yaratmaqdır"-Emin Həsənli

2023-03-29

gun az article

Ceyhun Bayramov: “İsrail qabaqcıl təcrübə və texnologiyasını Azərbaycanla bölüşə bilər”

2023-03-29

gun az article

XİN rəhbəri: İsrail və Azərbaycan İranın təhdidini bölüşür

2023-03-29

gun az article

Azərbaycan və İsrail XİN rəhbərləri Yerusəlimdə görüşü başlayıb

2023-03-29

gun az article

BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”

2023-03-29

gun az article

Britaniya səfiri millət vəkilinə terror aktını pislədi

2023-03-29

gun az article

Fazil Mustafaya sui-qəsd: İran eyni gündə bir neçə ölkədə... - Şok

2023-03-29

gun az article

İranda ərzaq məhsullarının alışında əhəmiyyətli azalma qeydə alınıb

2023-03-29