SON XƏBƏRLƏR

Məhəmməd İslami: “Nüvə yanacağını ölkə daxilində istehsal edəcəyik”

2021.12.25, 14:29
Məhəmməd İslami: “Nüvə yanacağını ölkə daxilində istehsal edəcəyik”

Gunaz.tv

O deyib ki, İran İslam Respublikasında nüvə yanacağı istehsal edə bilər və tezliklə Buşehr nüvə stansiyasında ondan istifadə etməyə başlayacaq.

Ümid edirik ki, Rusiya ilə imzaladığımız müqavilər çərçivəsində tezliklə bunun öhdəsindən gələ biləcəyik. 

Biz uranı 60 faiz səviyyəsindən artıq zənginləşdirmək niyyətində deyilik. Hətta əgər Vyanada danışıqlar aparan tərəflər 2015-ci ildə imzalanmış nüvə razılaşmasına qayıda bilməsələr belə, biz uranı 60 faizdən daha yüksək səviyyədə zənginləşdirməyin dalınca getməyəcəyik”, -deyə İranın Atom Enerjisi Təşkilatının rəisi Məhəmməd İslami Rusiyanın “Sputnik” agentliyinə açıqlamasında bildirib.

Məhəmməd İslami sonda iddia edib ki, İranın nüvə sahəsində apardığı bütün fəaliyyətləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) qanunları və onun əsasnaməsi çərçivəsində həyata keçirilir. 

Qeyd edək ki, hazırda İranın Buşehr atom stansiyasının nüvə yanacağını Rusiya təmin edir və həmin mərkəzdəki nüvə yanacaq tullantıları da Rusiyaya daşınır. 

نیروگاه اتمی بوشهر

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar