Əhər-Xiyav avtomobil yolunun tikintisinə vəsait ayrılmır

08.03.2022, 10:04

Əhər-Xiyav (Meşkinşəhr) avtomobil yolunun tikintisinin davamı üçün büdcə vəsaiti ayrılmayıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Şərqi Azərbaycan əyalətinin Yollar və Şəhərsalma İdarəsinin başçısı Əbülqasım Sultani mediaya verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, uzun müddətdir tikintisinə başlanan yolun indiki mərhələdə davam etdirilməsi üçün 100 milyard tümən vəsaitə ehtiyac var.

“Problemin həlli və lazım olan büdcənin əldə edilməsi üçün müxtəlif banklara müraciə etmişik.

Ancaq görünən odur ki, heç bir bank bu layihəyə kredit ayrmaq istəmir”-deyə, Sultani bildirib.

Qeyd edək ki. uzun ilər öncə tikintisinə başlanan yolun layihəsi dəfələrlə gecikdirilib və müxtəlif podratçı şirkətlər ödənişlərini ala bilmədikləri üçün işi yarımçıq buraxıblar.

Son vaxtlar başqa böyük layihələr kimi bu layihədə İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Xatəm-ül Ənbiya” qərargahına verilib və bundan sonra yolun tikinti işləri tamamilə dayandırılıb.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social