SON XƏBƏRLƏR

Əhər-Xiyav yolunda ağır qəza baş verib

2021.10.20, 07:36
Əhər-Xiyav yolunda ağır qəza baş verib

Gunaz.tv

Bu gün səhər saatlarında Əhər-Xiyav yolunda ağır yol qəzası qeydə alınıb. Minik avtomobili ilə avtobus toqquşub. 

Xiyav şəhərinin Təcili Yardım Mərkəzinin müdiri Məhəmməd Oğlu mətbuata verdiyi açıqlamada bildirib ki, qəza nəticəsində 18 nəfər ağır yaralanıb. Yaralılar Xiyav xəstəxanasına yerləşdirilib.

Yol Polisi İdarəsinin nümayəndəsi körpü üzərində və yol qırağında qoruyucu maneələrin olmamasını qəzanın nəticələrinin ağırlığında əhəmiyyətli rol oynadığını bildirib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar