SON XƏBƏRLƏR

Əhər zindanında aksiya: Onlarla məhbus açlığa başladı

2021.11.22, 11:42
Əhər zindanında aksiya: Onlarla məhbus açlığa başladı

Gunaz.tv

Onlar insan haqlarının pozulmasına, zindanda hökm sürən ağır şəraitə, həmçinin məhbuslara qarşı qeyri-insani davranışa etiraz edirlər.

Noyabrn 20-dən aksiyaya onlarla məhbus qoşulub.

Sosial mediada yayılan məlumata görə, aclıq aksiyasına əl atan məhbusların sayı 20-dən çoxdur.

Məhbuslar zindan məsullarının onlara qarşı təhqiramiz davrandığını, məzuniyyət hüququndan istifadə etmələrinə icazə verilmədiyini və hüquqlarını tələb edənlərə qarşı amansızlıq nümayiş etdirildiyini bildiriblər.

Qeyd edək ki, İran zindanlarında məhbuslara qarşı qəddar münasibətlə bağlı çoxsaylı faktlar mövcuddur.

BMT-nin İnsan Haqları Ali Komisarlığı, Beynəlxalq Əfv Təşkilatı və başqa beynəlxalq qurumlar bununla bağlı dəfələrlə məsələ qaldırıblar.

Son olaraq noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası İranda insan haqlarının kobud və sistematik şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib.

Xatırladaq ki, bir müddət öncə, avqustun 30-da Əhər zindanda Hadi Əttarzadə adlı məhkum şallaq vurulması nəticəsində həyatını itirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar