SON XƏBƏRLƏR

Əhərdə təbii fəlakət nəticəsində ziyan görən əkinçilərə təzminat ödənilmir

2021.10.28, 07:59
Əhərdə təbii fəlakət nəticəsində ziyan görən əkinçilərə təzminat ödənilmir

Gunaz.tv

Məhəmməd Əsədi bundan öncə təbbi fəlakət nəticəsində zərər görən əkinçilərə vəd edilən təzminatın ödənilmə vaxtının bitməsinə bir neçə gün qalmasına baxmayaraq heç bir ödəniş olmadığını deyib.

O bildirib ki, Kənd Təsərrüfatı Sığortası Təşkilatının ödənişlərin ediləcəyi ilə bağlı verdiyi vaxt bitmək üzrədir və hələlik verilən vədlərlə bağlı hər hansı addım atılmadığı üçün yenidən məsələni gündəmə gətirəcək.

“Daşqın və dolu nəticəsində bölgə əkinçilərinə və bağçılarına dəyən ziyan 300 milyard tümən civarında hesablanıb və təzminat yalnız əkin sahələrini siğorta etdirən şəxslərə veriləcək”-deyə, M.Əsədi bildirib.

Kənd Təsərrüfatı İdarəsinin başçısı siğorta şirkətininə başqa əkinçilərində ayaqda qalması və işlərini davam etdirə bilmələri üçün yardım edilməsi ilə bağlı müraciət etdiklərini, hələlik bu barədə dəqiq cavab ala bilmədiklərini söyləyib.

Məhəmməd Əsədi Böhran İdarəetmə Mərkəzinin fəaliyyətini tənqid edib və fövqüladə hallar üçün Əhər mahalına vəsait nəzərdə tutulmadığını bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar