SON XƏBƏRLƏR

Haaretz: “Çilidə insanların zəhərlənməsinin səbəbi İran nefti ola bilər”

2021.10.20, 07:36
Haaretz: “Çilidə insanların zəhərlənməsinin səbəbi İran nefti ola bilər”

Gunaz.tv

GünAz TV: “Haaretz” qəzetinin məlumatına görə, hazırda Çilinin prokurorluq əməkdaşları İrandan xam neftin bu ölkənin dövlət enrji şirkəti olan ENAP-a hansı formada nəql edilməsini araşdırırlar.

 

Cari ilin avqust ayında Çilinin Quintero şəhəri və ona yaxın yerləşən Puçunkari kəndində zəhərli qazların havada yayılmasına görə əksəriyyəti uşaq olmaqla 508 nəfər zəhərlənərək, xəstəxanalara yerləşdirilmişdilər. Eləcə də yerli sakinlər avqust ayı ərzində havada kəskin qoxu olduğunu deyirdilər.

 

Çilinin rəsmi dairələri havada zəhərli qazların yayılmasına ENAP-ın İrandan aldığı xam neftin səbəb olduğunu ehtimal edirlər. Bu səbəbdən dünən (23 dekabr-red) ölkənin polis və prokurorluq əməkdaşları şirkətin Hoalpin və Talkahuano şəhərlərində yerləşən neft ayırma zavoduna və limanında yoxlamalar aparıblar.

 

Biobio bölgəsinin prokurorluğunun sözçüsü Enrike Penya bildirib ki, hazırda prokurorluq əməkdaşları İrandan alınan xam neftin qeyd edilən bölgələrdə zəhərli qazların yayılması səbəb olub- olmamasını araşdırırlar.

 

Ölkənin Ekologiya naziri kəskin qoxunun yayılmasının səbəbini kimyəvi maddələrin havaya sızması ilə əlaqələndirib. Çili Ətraf Mühitin Mühafizəsi Təşkilatı isə ENAP-ı buna görə məsuliyyət daşıdığını bildirib.

 

ENAP isə bütün bu ittihamları rədd edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar