Hadi Bahaduri: Bəziləri Azərbaycanla bağlı birgə şüar səsləndirməyin əleyhinədir

24.06.2019, 08:50

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri ötən günlərdə Urmiyə və Ərdəbil şəhərlərində keçirilən dünya millətləri voleybol liqası və yarışlarda Azərbaycan gənclərinin şüar səsləndirməsinə qarşı görülən önləyici tədbirlərə münasibət bildirib.

 

O bu barədə “Məclis və Azərbaycan” saytına verdiyi müsahibədə danışıb.

 

“Əgər stadiondakı atmosferi əhalinin həqiqi hissiyatından ayırmaq kimi bir iradə varsa, bunun üçün təəssüflənmək lazımdır. Hər məntəqədə əhalinin öz bölgəsinə bağlılığını nümayiş etdirməsi olduqca təbii haldır. Misal üçün Ərdbilin stadionunda “Yaşasın Ərdəbil”, “Yaşasın Azərbaycan” və “Yaşasın Traxtur komandası” şüarının səsləndirilməsində heç bir problem ola bilməz.

Biletlərin satışında müəyyən problemlər müşahidə olundu. Bir çoxları bilet ala bilmədi, bəziləri isə bilet aldığı halda stadiona buraxılmadı. Hesab eliyirəm ki, səlahiyyətli orqanlar bu məsələlərə cavabdeh olmalıdır. Hələ də bilinmir ki, bu işlərə Bələdiyyə İdarəsi, Valilik və ya Gənclər və İdman İdarəsi səbəb oldu! Ərdəbildə də oxşar vəziyyət yaradıldı. Məsulların bir bilet satmağı düzgün idarə edə bilməməsi bizim üçün böyük çatışmazlıq sayılır.”- deyə o vurğulayıb.

 

Millət vəkili sözlərinin davamında deyib:

“Müşahidələr göstərir ki, bəziləri azərbaycanlıların birlikdə Azərbaycanla bağlı şüar səsləndirməsini istəmir. Bu məsələ məni çox narahat edir.

Əgər bu adamlar “Yaşasın Azərbaycan” şüarına dözə bilmirsə, o zaman biz bütün ölkədə “Yaşasın Azərbaycan” şüarını dilə gətirəcəyik. Biz azərbaycanlı millət vəkilləri olaraq parlamentdə də “Yaşasın Azərbaycan” deyirik. Hesab eliyirəm ki, bu məsələlərin səbəbi dəqiq araşdırılıb üzə çıxarılmalıdır.”

 

Hadi Bahaduri vurğulayıb ki, Urmiyə İran, hətta dünyanın voleybol paytaxtıdır. “Traxtur” komandası da Azərbaycanın qeyrət və iradəsinin simvoludur. Biz bütün yarışlarda “Yaşasın Traxtur” deyəcəyik. Mən böyük fəxrlə Urmiyə xiyabanlarında bu yarışları “Traxtur” şərfi ilə izlədim. Kimsənin “Traxtur” şərfinin daşımasına və ya onun stadiona gətirməsinə icazə verməməsi Azərbaycan milləti üçün böyük təhqirdir. Bu kimi işlər hər zaman cəmiyyətə mənfi təsir edir, cavanlarımızın dövlət, hakimiyyət və sistemdən bədbin olmasına şərait yaradır.

 

Xəbər verdiyimiz kimi, ötən günlərdə Güney Azəbaycanın Urmiyə və Ərdəbil şəhərlərində dünya millətləri voleybol liqası yarışları keçirildi. Stadionlarda milli şüarlar səsləndirilməsin deyə İran rejimi tərəfindən bilet satışına məhdudiyyətlər tətbiq olundu, Tehrandan farsdilli liderlər (azarkeşlərə başçılıq edənlər “lider” adlanır) gətirildi və stadionlara bəsic qüvvələri və mülki geyimli məmurlar göndərildi. Lakin bütün bunlara baxmayaraq stadionun daxilində və ətraf küçələrdə soydaşlarımız milli şüarlar səsləndirib və bir çox plakat nümayiş etdirdilər.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18