SON XƏBƏRLƏR

Hadi Bahaduri Urmiyədə torpaqların bir iraqlı radikal kürdə satılmasına etiraz bildirib

2021.10.20, 07:36
Hadi Bahaduri Urmiyədə torpaqların bir iraqlı radikal kürdə satılmasına etiraz bildirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri Urmiyədə torpaqların bir iraqlı radikal kürdə satılması planına etiraz bildirib.

 

Torpaqların satılması və bu kimi planlar bölgənin kürdləşdirilməsi prosesinə uyğun olaraq ən çox Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin səyi nəticəsində baş verir.

 

Ötən günlərdə Urmiyənin tarixi bazarına aid geniş ərazisinin İraqın Ərbil şəhərindən olan radikal bir kürdə satıldığı barədə xəbər yayılmışdır.

Bu barədə Hadi Bahaduri öz Twitter səhifəsində məlumat paylaşıb.

 

Hadi Bahaduri

 

“Urmiyənin qədim bazarına aid ərazinin satılması barədə şəhərin bələdiyyə başçısı ilə söhbət elədim. Onlardan bu məsələyə yenidən baxmalarını istədim.

Bazar əhli bildirir ki, “bizi yeni meydan tikmək adı ilə mağazalarımızı satmağa məcbur edirlər. Lakin indi eşidirik ki, ərazi İraqın Ərbil şəhərindən olan birisinə satılıb.””- deyə millət vəkili bildirib.

 

Hadi Bahaduri mətnin sonunda kürd terror qruplaşmalarına yönəlik belə bir xəbərdarlıq edib: “Bu torpaqdan pay olmaz”

 

 

 

Urmiyənin digər millət vəkili Nadir Qazipur isə bir video paylaşaraq yayılan xəbərin şayiə olduğunu bildirib. O vurğulayıb ki, bu barədə Urmiyə Şəhər Şurasının rəisi ilə söhbət eləyib, Şura rəisi yayılan xəbərin həqiqəti əks etdirmədiyini deyib.

 

Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari və Bələdiyyə İdarəsi məsullarının bu işdə əli olduğunu bildirilir.

 

Ötən günlərdə yayılan məlumata görə, Urmiyənin qədim bazarına aid geniş ərazi “ticarət mərkəzi” tikmək bəhanəsi ilə Məhəmməd Əmin Novruzi adlı iraqlı bir radikal kürdə buraxılıb. Ərbil şəhərindən olan kürd Tehran tərəfindən təyin olunan məlum yerli məsulların yardımı ilə Urmiyənin müxtəlif məhəllələrində daşınmaz əmlak alır. Bu məsələ yerli əhalinin kəskin etirazına səbəb olub.

 

Urmiyədə oxşar hadisələrə ötən illərdə də rast gəlinib. Ötən il Urmiyə şəhərinin bir qrup əsnafı etiraz məktubu yazaraq parking kimi istifadə olunan böyük bir ərazinin ticarət mərkəzi tikmək bəhanəsi ilə müəyyən şəxslərə ötürülməsinə etiraz bildirmişdir.

 

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Yerli olmayan vali hər zaman Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyi ilə seçilib, o bölgənin kürdləşdirilməsi prosesinə uyğun olaraq qərarlar verir.

Məhəmməd Mehdi Şəhriyari sözdə islahatçı adlanan düşərgə tərəfindən Qərbi Azərbaycan Əyalətində vəzifəyə gətirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar