SON XƏBƏRLƏR

Hadi Bahaduri Urmu gölü üçün 200 milyon dollar vəsait tələb olunduğunu bildirib

2021.10.20, 07:36
Hadi Bahaduri Urmu gölü üçün 200 milyon dollar vəsait tələb olunduğunu bildirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri Urmu gölünün canlandırılması layihələrinin icrası ilə bağlı əlavə 200 milyon dollar vəsait tələb olunduğunu bildirib.

 

Dekabrın 6-da “Fars” xəbər agentliyinə danışan H.Bahaduri bu barədə 10 millət vəkilinin hökumətə məktubla müraciət etdiyini bildirib.

 

“12-ci hökumətin prioritetlərindən biri Urmu gölünün canlandırılması məsələsi olduğu üçün gölə xüsusi diqqət yetirilməlidir. Bunun üçün gölün ətrafında modern suvarma sisteminə keçməklə kənd təsərrüfatında istifadə olunan suya qənaət etmək lazımdır. Göl ətrafında təxminən 100 min hektar bağ sahəsində damcı suvarma sisteminin tətbiq olunması qaçılmazdır. Bu kimi layihələri icra etmək üçün Urmu gölünə yaxın məntəqələrin 10 millət vəkili hökumətə məktubla müraciət ünvanlayıb”- deyə o bildirib.

 

Hadi Bahaduri

 

Urmiyənin millət vəkili qarşıdakı ilin büdcə layihəsində Urmu gölü layihələri üçün əlavə 200 milyon dollar vəsaitin nəzərdə tutulacağına ümid etdiyini bildirib.

 

H.Bhadurinin sözlərinə görə, prezident Həsən Ruhaninin son səfəri zamanı Urmu gölünə su intiqal etməklə bağlı layihələrin icrası üçün 600 milyard tümən və daha bir neçə proje üçün 200 milyard tümən məbləğində vəsait ayrılacağı ilə bağlı qərar qəbul olunub.

 

“Urmu gölünə yaxın bölgələrdən parlamentə seçilən deputatlar gölün canlandırılması üçün daha çox səy göstərməli və bir-birləri ilə koordinasiyalı şəkildə işləməlidilər. Təəssüflər olsun ki, bu belə deyil. Bəzi millət vəkilləri yalnız seçildiyi məntəqəyə diqqət yetirir. Lakin onlar bilməlidir ki, Urmu gölü olmasa, nə onların seçildiyi dairə, nə də ki bu məntəqədə əhali qalacaq!”- deyə azərbaycanlı millət vəkili sözlərinin davamında vurğulayıb.

 

Uzun illərdir ki, Urmu gölündə böhran yaşadır. Artıq gölün 95 faizi quruyub. Yerli əhali və bəzi millət vəkillərinin bütün səylərinə baxmayaraq dövlət gölün canlandırılması üçün heç bir addım atmayıb. Büdcə layihəsində nəzərdə tutulan vəsaitin böyük hissəsi isə hökumət tərəfindən ödənilmir və bunun nəticəsində layihələr icra olunmur. Bütün bunlar Urmu gölündə böhranın günü-gündən dərinləşməsinə səbəb olur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar