SON XƏBƏRLƏR

Bəhai fəal Səidə Xuzui Evin zindanına köçürülüb

2022.05.23, 04:53
Bəhai fəal Səidə Xuzui Evin zindanına köçürülüb

Gunaz.tv

Dindirilmə mərhələsinin bitməsindən sonra mayın 22-də Tehranın Evin zindanının qadınlar bölməsinə köçürülməsinə baxmayaraq onun nədə ittiham olunduğu barədə dəqiq məlumat verilmir.

Siyasi Məhbusları Müdafiə Kampaniyası Xuzuinin bundan öncə İnqilab keşikçiləri Korpusunun təcridxanasında dindirildiyini bildirib.

Təcridxanada onun vəkillə təmin olunmasına imkan verilmədiyi və təkadamlıq kamerada saxlanıldığı qeyd olunub.

Qeyd edək ki, Tehranda yaşayan bəhai dininə mənsub Səidə Xuzui aprelin 11-də dindirilmək üçün Evin zindanının istintaq idarəsində çağIrılıb. O, dindirildikdən sonra saxlanılaraq həbs edilib.

Onun oğlu Ərsalan Xuzui və gəlini Səmira Səmira İbrahimi həbs olunublar və barələrində “hökumətə qarşı təbliğat”, “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq və toplanmaq” ittihamları irəli sürülüb.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar