SON XƏBƏRLƏR

HAKİM VƏDİNƏ XİLAF ÇIXIB. Tələbələr Ərdəbildəki zindanda narkomanlarla eyni kamerada saxlanılırlar

2021.10.20, 07:36
HAKİM VƏDİNƏ XİLAF ÇIXIB. Tələbələr Ərdəbildəki zindanda narkomanlarla eyni kamerada saxlanılırlar

Gunaz.tv
HAKİM VƏDİNƏ XİLAF ÇIXIB Tələbələr Ərdəbildəki zindanda narkomanlarla eyni kamerada saxlanılırlar S.SOLTAN İslam Respublikası yarım il ərzində 317 nəfəri edam etdiyini rəsmi olaraq etiraf edib. Məlumatlara görə, ölüm hökmü cəzası ilə Tehrandakı "Evin" həbsxanasında saxlanılan 7 nəfərdən 3-ü dar ağacından asılıb. İran hakimiyyətinin rəsmi açıqlamasına beynəlxalq ictimaiyyət şübhə ilə yanaşıb. Beynəlxalq Əfv Təşkilatı bu rəqəmə şübhə ilə yanaşdığı barədə bəyanat verib. Onların fikrincə, bu rəqəm gerçəklikdən qat-qat azdır. Güney Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin edilməsini tələb edən hərəkat təəssübkeşlərinə də təzyiqlər davam etməkdədir. Ərdəbil Universitetinin tələbəsi Hüseyn Hüseyni Sulduz şəhərində ETTELAAT-ın yerli məmurları tərəfindən həbs edilərək bir müddət bu qurumun təcridxanasında işgəncəyə məruz qoyulmaqla saxlanılıb. Bundan sonra onu Ərdəbildəki həbsxanaya, ağır cinayət törədənlər və narkomanlarla eyni kameraya köçürüblər. Hüseyn Hüseyninin ailəsi onun taleyindən və sağlıq durumundan narahatdır. Çünki ötən müddət ərzində onunla görüşə bilməyiblər, eləcə də o, vəkillə təmin olunmayıb. İran İslam İnqilabı Məhkəməsinin Ərdəbildəki şöbəsi onun müvəqqəti azadlığa buraxılması qarşılığında 10 min dollar dəyərində girov tələb edib. Bu məbləğ hazır olduqdan sonra məhkəmə verdiyi sözdən imtina edib. Qeyd edək ki, Hüseynin tələbə həmkarı, həbsxanada saxlanılan Əsgər Əsgərzadə də eyni işgəncə və təzyiqlərə məruz qalmaqdadır. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar