SON XƏBƏRLƏR

HAKİMİYYƏT ƏBÜLFƏZ ELÇİBƏYİN AİLƏSİNƏ PREZİDENT TƏQAÜDÜ VERİLMƏSİNƏ RAZILAŞIBMIŞ

2021.10.20, 07:36
HAKİMİYYƏT ƏBÜLFƏZ ELÇİBƏYİN AİLƏSİNƏ PREZİDENT TƏQAÜDÜ VERİLMƏSİNƏ RAZILAŞIBMIŞ

Gunaz.tv
HAKİMİYYƏT ƏBÜLFƏZ ELÇİBƏYİN AİLƏSİNƏ PREZİDENT TƏQAÜDÜ VERİLMƏSİNƏ RAZILAŞIBMIŞ elcibey-eks-prezident.jpg Əbülfəz Elçibəy Deputat Fazil Qəzənfəroğlu bir müddət əvvəl Milli Məclisin iclasında eks-prezident Əbülfəz Elçibəyin 70 illik yubileyi münasibətilə onun ailəsinə prezident təqaüdü verilməsini təklif etmişdi. F.Qəzənfəroğlu «Media forum» saytına deyib ki, parlamentdə səsləndirdiyi həmin təklifə hakimiyyətdən çox ciddi reaksiya verilib və məsələnin həll ediləcəyi bildirilib. Deputatın sözlərinə görə, reaksiya hakimiyyətin ən yüksək səviyyəsindən olub: «Amma Əbülfəz bəyin ailəsi razılaşmadı. Ona görə də təklifimin reallaşması üçün cəhdlərimi dayandırdım». Deputat bildirib ki, hakimiyyət Elçibəyə eks-prezident statusu verilməsi çıxılmaqla bir çox məsələlərə razılaşıbmış - ailəyə ömürlük təqaüd ayrılmasına, onu maşınla təmin etməyə və sair və ilaxır. Eks-prezidentin ailəsindən kimin buna razılaşmamasına gəldikdə, F.Qəzənfəroğlu bu məsələdən kimlərinsə sui-istifadə edə biləcəyini nəzərə alaraq ad çəkmək istəməyib: «Mənim təklifimdən sonra hakimiyyət Əbülfəz Elçibəyə eks-prezident statusunun verilməsi məsələsini gündəmə gətirməmək şərtilə onun ailəsinin eks-prezidentlər üçün nəzərdə tutulan hər bir səlahiyyətdən istifadəsinə razılaşırdı. Mən ailədən müəyyən adamlarla söhbət etdim, onlar razılaşmadılar və söhbət qapandı». Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli «Media forum»a deyib ki, Fazil Qəzənfəroğluhakimiyyətin müəyyən dairələri ilə söhbət apardıqdan sonra mərhum eks-prezidentin evinə gələrək qarşı tərəfin təkliflərini açıqlayıb: «Burada ailəyə prezident təqaüdü ayrılmasından söhbət gedirdi. Ancaq Əbülfəz bəyin həyat yoldaşı, qızı və oğlu etiraz edərək deyiblər ki, biz çörəkpulu uğrunda yox, Elçibəyin haqlarının alınması uğrunda mübarizə aparırıq. Onlar əvvəlcə eks-prezident statusunun tanınmasını, sonra isə həmin status çərçivəsində ailənin haqlarının da tanınmasına israrlıdırlar». A.Səmədbəylinin sözlərinə görə, Elçibəyin ailəsi bu məsələdə çox prinsipial mövqe tutur və heç bir güzəştə getmək niyyətində deyil: «Həyatını Azərbaycanın azadlığı uğrunda mübarizəyə həsr edən, bu millət uğrunda şəhid olan, ədalətli seçki yolu ilə prezident seçilən şəxsiyyətin haqqını tanımamaq allahsızlıqdır». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar