SON XƏBƏRLƏR

Hakimiyyət İranın vasitəçilik təklifinə reaksiya verdi

2021.10.20, 07:36
Hakimiyyət İranın vasitəçilik təklifinə reaksiya verdi

Gunaz.tv
Hakimiyyət İranın vasitəçilik təklifinə reaksiya verdi yslwi1qc.jpg Xəzər İbrahim: «Əgər İran Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək istəyirsə, Ermənistana düzgün mesajlar verməlidir» Dünən Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim ənənəvi mətbuat konfransını keçirib. Bir sıra məsələlər barəsində məlumat verən XİN sözçüsü daha sonra jurnalistlərin suallarına cavab verib. İranın Ermənistandakı səfiri Səid Əli Sağayan ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olması barədə bəyanatına münasibət bildirən X.İbrahim deyib ki, obyektiv vasitəçilik missiyasına Azərbaycan heç zaman etiraz etməyib. «Hesab edirəm ki, vasitəçilik üçün əsas şərt niyyət yox, əməldir. Münaqişənin həllində əsas forma deyil, məğzdir. Təbii ki, hər dövlətin hansısa təşəbbüslə çıxış etmək hüququ var. Lakin digər tərəfdən bütün dövlətlər, beynəlxalq ictimaiyyətin üzvləri münaqişənin həllinə töhfələrini vermək üçün səylər göstərməlidir. İran öz resurslarından istifadə edib, Ermənistana düzgün mesajlar versə, bu münaqişənin həlli üçün ən müsbət töhfə olardı». X.İbrahimin sözlərinə görə, əgər İran Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək istəyirsə, Ermənistana düzgün mesajlar verməlidir. Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı gücləndirmək istəyinə də toxunan X.İbrahim bildirib ki, Rusiya öz siyasətində üzərində götürdüyü öhdəlikləri nəzərə almalıdır: «Ermənistanla möhkəm hərbi əməkdaşlıq quran Moskva digər öhdəliklərini də nəzərə almalıdır. Rusiyanın Minsk Qrupunda həmsədrliyi daha vacib öhdəlikdir. Onlar Ermənistanı konstruktiv dialoqa yönəltməlidirlər Biz dəfələrlə Rusiya tərəfinə bildirmiik ki, onlar öz siyasətlərində bu kimi öhdəliklərini nəzərə almalıdırlar. Minsk Qrupunun həmsədrlərindən biri kimi münaqişənin həllinə yardımçı olmaq Rusiyanın vəzifəsidir». Pərviz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar