SON XƏBƏRLƏR

“Halkbank” rəsmisi İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilinib

2021.10.20, 07:36
“Halkbank” rəsmisi İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilinib

Gunaz.tv

GünAz TV: Azərbaycan Birləşmiş Ştatlarının (ABŞ)  məhkəməsi Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atillanı İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkun Cənub dairəsinin prokuroru vəzifəsini icra edən Cun Kim bəyan edib.

 

Onun sözlərinə görə, Atilla barəsində hökm aprelin 11-də çıxarılacaq.

 

“Halkbank”-ın baş direktorunun müavini ötən ilin martında ABŞ-da saxlanılıb. ABŞ tərəfi M.H.Atillanın sahibkar Rza Zərrabla sövdələşməyə girdiyini və  sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar