SON XƏBƏRLƏR

Hamid Allahverdipur aclıq aksiyasının sonuncu günündə Təbriz zindanına intiqal edilib

2021.10.20, 07:36
Hamid Allahverdipur aclıq aksiyasının sonuncu günündə Təbriz zindanına intiqal edilib

Gunaz.tv

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin aclıq aksiyasının 3-cü günündə Əhər zindanında 5 günlük aclığa başlayan Hamid Allahverdipur Təbriz zindanına intiqal edilib.

 

Mayın 29-da aclıq edən fəal iyunun 3-ü günortadan sonra Təbriz zindanına köçürülüb.

 

3 gün əvvəl Əhər prokuroru Hamid Allahverdipuru aclıq aksiyası keçirməyə israr edəcəyi təqdirdə Təbriz zindanına köçürməklə təhdid etmişdir.

 

Abbas Lisani və digər azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi ilə aclıq edən Hamid Allahverdipur ötən çərşənbə günü məhdud aclıq aksiyasına başlamışdır. Fəal mayın 28-də saxlandığı zindanın məsullarına məktub yazaraq bu barədə məlumat verib.

Məktubda türk millətinin hüquqları uğrunda mədəni mübarizə aparan fəalların saxlanması və onlara qarşı dosye təşkil olunması ədalətsizlik adlandırılıb, bu hərəkətin insan hüquqları konvensiyalarına zidd olduğu qeyd olunub.

 

Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış fəal Abbas Lisani dosyesi ilə bağlı tələbinin zindan məsulları tərəfindən təmin olunmamasına etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb. O özünü müdafiə etməyə hazırlıq məqsədi ilə vəkili tərəfindən hazırlanıb zindana təhvil verilən dosyenin xülasəsi ona təqdim olunmadığı üçün mayın 27-də aclıq elan edib.

 

Həmçinin ötən günlərdə Əhər zindanının məsulları Hamid Allahverdipurun adını Rəməzan ayı münasibəti ilə məzuniyyətə buraxılan məhbusların siyahısına daxil etməyib.

 

Hamid Allahverdipur Güney Azərbaycanın Sulduz şəhərindəndir. Türkologiya ixtisasının məzunu olan azərbaycanlı fəal Təbriz Azad Universitetində hüquq üzrə təhsil alır. O 2015-ci ilin noyabr ayında İran televiziyasında yayımlanan təhqiramiz “Fitilə” verilişinə qarşı Əhər şəhərində keçirilən etiraz aksiyaları zamanı saxlanılıb və 7 ay həbs cəzasına məhkum edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar