SON XƏBƏRLƏR

Hamid Allahverdipur Əhər zindanında aclıq etdi – Abbas Lisaninin aclıq aksiyasının 3-cü günündə

2021.10.20, 07:36
Hamid Allahverdipur Əhər zindanında aclıq etdi – Abbas Lisaninin aclıq aksiyasının 3-cü günündə

Gunaz.tv

GünAz TV: Əhər zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipur, tanınmış fəal Abbas Lisaninin aclıq aksiyasının 3-cü günündə aclığa başlayıb.

 

Abbas Lisani və digər azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi ilə aclıq edən Hamid Allahverdipur mayın 29-dan 5 günlük aksiyaya başlayıb. Fəal mayın 28-də saxlandığı zindanın məsullarına məktub yazaraq bu barədə məlumat verib.

Məktubda türk millətinin hüquqları uğrunda mədəni mübarizə aparan fəalların saxlanması və onlara qarşı dosye təşkil olunması ədalətsizlik adlandırılıb, bu hərəkətin insan hüquqları konvensiyalarına zidd olduğu qeyd olunub.

 

Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan  tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani dosyesi ilə bağlı tələbinin zindan məsulları tərəfindən təmin olunmamasına etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb. Yanvarın 15-dən Ərdəbil zindanında saxlanılan fəal mayın 25-də yaxınları ilə telefon əlaqəsi saxlayaraq aclıq edəcəyi barədə məlumat vermişdir. O qeyd etmişdir ki, gözlənilən məhkəmədə özünü müdafiə etməyə hazırlıq məqsədi ilə vəkili tərəfindən hazırlanıb zindana təhvil verilən dosyenin xülasəsi ona təqdim olunmayacağı təqdirdə 48 saat sonra, yəni mayın 27-də aclıq aksiyasına başlayacaq.

 

Həmçinin ötən günlərdə Əhər zindanının məsulları Hamid Allahverdipurun adını Rəməzan ayı münasibəti ilə məzuniyyətə buraxılan məhbusların siyahısına daxil etməmişdir.

 

Oxşar hadisələrə güneyli fəalların həbs edildiyi əksər zindanlarda rast gəlinir. Onların məzuniyyət hüququ təmin olunmur, hətta özlərini müdafiə etmək üçün məhkəmə proseslərinə qatılmaq icazəsi də veruilmir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar