SON XƏBƏRLƏR

Haraştidən Azərbaycan hakimiyyətinə xəbərdarlıq

2021.10.20, 07:36
Haraştidən Azərbaycan hakimiyyətinə xəbərdarlıq

Gunaz.tv
«Bunlar dayandırılmasa, Azərbaycanın adı bədnam olmaqda davam edəcək» “Azadlıq”ın əməkdaşı Aqil Xəlilin bıçaqlanması ilə bağlı aparılan istintaq yekunlaşıb və iş məhkəməyə təqdim edilib. Respublika Prokururluğunun məlumatında deyilir ki, müxbirin bıçaqlanması onun peşəkar yox, şəxsi həyatı ilə bağlı olub. Prokurorluq digər bir hadisə - fevralın 22-də “Zeytun bağı” deyilən ərazidə Aqil Xəlilin döyülməsi faktının təsdiqlənmədiyini bildirirək bu işi də bağlayıb. Aqil Xəlilin özü isə istintaq materiallarının saxta əsaslarla qurulduğunu qeyd edir. Aqil Xəlilin işi ilə bağlı prokurorluğun növbəti addımını “BBC”nin əməkdaşı ilə söhbətində ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti kəskin tənqid edib: “Bu, çox xoşagəlməz haldır ki, baş prokuror cənab Qaralovun rəhbərlik etdiyi qurum Strekalinin qondarma işini davam etdirmək yolunu tutub. Mən hələ Bakıda olarkən bildirmişdim ki, ”Zeytun bağı"nda baş verən hadisə ilə Aqil Xəlilin bıçaqlanmasına dair işin ayrılıqda aparılması olduqca xoşagəlməz haldır. Bu da olduqca xoşagəlməz haldır ki, Aqil Xəlilə “Zeytunluq”da basqın edən təhlükəsizlik orqanının zabitləri artıq təmizə çıxarılıb. Aqil Xəlilə qarşı hücum lentə alınıb. Istəyənlər buna internetdə “Youtube” saytında baxa bilirlər. Prokurorluğun bəyanatında isə bu güclü sübutun adı da çəkilmir. Yaxşı, deyək ki, Strekalinin işi davam etdirildi. Bu halda onun məhkəməsi olacaq. Bu məhkəmə isə beynəlxalq müşahidəsiz ötüşə bilməyəcək. Bu məhkəməyə beynəlxalq diqqət olacaq. Odur ki, mən Bakıda olduğu kimi, yenə də Azərbaycan hakimiyyətini çağırıram ki, hüquq-mühafizə orqanlarına xəbərdarlıq etsin. Etsin ki, bu təbliğat manevrləri dayandırılsın. Xoş məram göstərilsin və həbsdəki üç jurnalist də azad olunsun. Onlar da bu sayaq ədalətsizliyin qurbanı olublar. Bunlar dayandırılmasa, Azərbaycanın adı bədnam olmaqda davam edəcək. Bir cinayəti etməyən adamın məhkəmədə “bunu etmişəm” deməsi Azərbaycanın adını batırmaq deməkdir". “Artıq yerli müşahidəçilər də bu qənaətdədirlər ki, Azərbaycan rəsmiləri Avropa qurumlarının tövsiyə və çağırışlarını qulaqardına vururlar. Nə üçün bu halda Avropa qurumları, elə siz daha ciddi tədbirlərə əl atılmasına çağırmırsınız. Axı demokratiyanı tapdalayan şəxslərin, məsələn, Avropaya səfərlərini qadağan edən praktika var. Nə üçün bunlar edilmir?” Bu suala isə Haraşti belə cavab verib: “Bilirsinizmi, ATƏT əməkdaşlıq və müşahidə təşkilatıdır. Üzv ölkələr öz hərəkətlərində sərbəstdirlər. Icazə verin, mən faciəli bir hal barədə bu müsahibəni nikbin notla bitirim. Zənnimcə, indiki mərhələdə prezident adminstrasiyasının, Azərbaycan hökumətinin hüquq-mühafizə orqanlarının bu quraşdırma işi dayandırmasını əmr etmək imkanı var”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar