SON XƏBƏRLƏR

BMT: Müharibə 47 milyon insanı ac qoya bilər

2022.04.20, 10:09
BMT: Müharibə 47 milyon insanı ac qoya bilər

Gunaz.tv

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) hesabatında bildirilir.

Təşkilat müharibənin bəşəriyyət üçün dalğavari effektlə bağlı olduğunu proqnozlaşdırır: "Bazarda taxıl və enerji daşıyıcıları qiymətlərinin gözlənilən qlobal bahalaşması müharibəyədək minimal ərzaq tələbatını ödəyə bilməyənləri ağır vəziyyətə salacaq".

81 ölkədə aparılmış araşdırmaların yekunlarına əsaslanan ÜƏP ərzaq təhlükəsizliyinin iki ssenarisini bölüşüb. Birinci ssenaridə Rusiya - Ukrayna müharibəsi ilə əlaqədar dünyanın 33 milyonadək, ikinci ssenaridə isə 47 milyonadək sakininin güclü aclıqla üzləşəcəyi ehtimalı irəli sürülüb.

Bildirilir ki, dünyada aclıq problemi ilə ümumilikdə 323 milyonadək insan qarşılaşa bilər. Bura müharibəyədək belə bir situasiya ilə mübarizə aparanlar da daxildir. (report.az)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar