SON XƏBƏRLƏR

Müharibənin son və qanlı mərhələsindəyik - Zelenski

2022.05.20, 05:31
Müharibənin son və qanlı mərhələsindəyik - Zelenski

Gunaz.tv

Zelenski müharibənin son mərhələsini çətin və qanlı mərhələ adlandırıb.

Prezident eyni zamanda insanları arxayınlaşmamağa çağırıb: "Kiyev vilayətinin işğaldan azad olunmasından sonra elə bir hiss var ki, hər şey, müharibə yoxdur. Raketlərin uçmadığı an müharibə bitəcək. Biz sadəcə "müharibə bitdi" deyə bilmərik".

Zelenski, həmçinin xaricdəki ukraynalıların vətənə qayıtmaqda sərbəst olduqlarını vurğulayıb:

"Bu gün xaricdə olan hər kəsə "evə qayıdın" deyə qışqıra bilmərəm, çünki müharibə hələ bitməyib. Bu, hələlik hər bir insanın seçimidir. Amma müharibə bitdikdən sonra biz təhlükəsizliklə bağlı ciddi tədbirlər görəcəyik". (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar