SON XƏBƏRLƏR

Hasan Doğan torpağa tapşırıldı

2021.10.20, 07:36
Hasan Doğan torpağa tapşırıldı

Gunaz.tv
Hasan Doğan torpağa tapşırıldı Şənbə günü gözlənilmədən Bodrumda infarkt nəticəsində dünyasını dəyişən Türkiyə Futbol Federasiyasının prezidenti Hasan Doğan dünən İstanbulda torpağa tapşırıldı. Doğanı son mənzilə yola salanlar arasında yaxınları, dövlət rəsmiləri, futbol ictimaiyyəti və yüzlərlə azarkeşlər var idilər. Dəfn mərasimində iştirak edən Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan mərhum federasiya prezidentinin cənazəsini çiyinlərində daşıdılar. zaman -------------------------------------------------------------------------- ”Böyük səkkizlik” liderləri Rusiya prezidentinin təklifini rədd ediblər Rusiya prezidenti Dmitri Medvedevin “Boyük səkkizliyin” tərkibinin genişləndirilməsi ilə bağlı təklifi “G-8” liderləri tərəfindən rədd edilib. “G-8”də təmsil olunan ölkələrdən üçünün rəhbəri qurumun tərkibinin genişləndirilməsinə qarşı çıxıblar. Onlar öz mövqelərinin “G-8”in ümumi dəyərləri bölüşən dövlət başçılarının qapalı diskussiya klubu olması, iştirakçıların sayının artmasının diskussiyaların keyfiyyətini aşağı salacağı ehtimalı ilə əsaslandırıblar. Qeyd edək ki, Tokioda keçirilən “G-8” sammitinə iştirakçı 8 ölkə ilə yanaşı 16 dövlətin, o cümlədən Avstraliya, Çin, Braziliya və Hindistanın rəhbərləri də dəvət olunublar. Sammitdən əvvəl Rusiya prezidenti ən azı Çin, Hindistan və Braziliyanın bu quruma üzv qəbul edilməsi təklifi ilə çıxış edib. Sammit iştirakçıları Medvedevin təklifini rədd etsələr də, toplantının yekun bəyannaməsi ətrafında razılığa gələ biliblər. ABŞ prezidenti Corc Buşla danışıqlardan sonra mətbuat konfransı keçirən Almaniyanın kansleri Angela Merkel yekun bəyannaməyə qlobal iqlim dəyişikliklərinin nəticələrinin aradan qaldırılması, ərzaq və neftin qiymətinin bahalaşmasının təzahürlərinə qarşı birgə əməkdaşlığı ehtiva edən müddəaların daxil ediləcəyini bildirib. ABŞ prezidenti Corc Buş isə Almaniya və ölkəsinin İranın nüvə problemi ilə bağlı məsələdə mövqelərin uzlaşdırılması barədə razılıq əldə olunduğunu qeyd edib. “G-8” sammitinin bugünkü toplantısında Afrika ölkələrinə humanitar yardım edilməsi məsələsi müzakirə olunacaq. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar