SON XƏBƏRLƏR

Havaylı konqresmen Jene Vard: “Azərbaycan tərəqqi yolunda olan müsəlman dövlətlərində qadınlara verilən hüquqlar baxımından qabaqcıl mövqedədir”

2021.10.20, 07:36
Havaylı konqresmen Jene Vard: “Azərbaycan tərəqqi yolunda olan müsəlman dövlətlərində qadınlara verilən hüquqlar baxımından qabaqcıl mövqedədir”

Gunaz.tv
Havaylı konqresmen Jene Vard: “Azərbaycan tərəqqi yolunda olan müsəlman dövlətlərində qadınlara verilən hüquqlar baxımından qabaqcıl mövqedədir” “Azərbaycan tərəqqi yolunda olan müsəlman dövlətlərində qadınlara verilən hüquqlar baxımından qabaqcıl mövqedədir”. APA-nın ABŞ bürosunun məlumatına görə, bu fikirlər Havay ştatının Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin üzvü Jene Vardın yerli “Hanolulu Advertiser” qəzetində dərc olunan məqaləsində öz əksini tapıb. Konqresmen qeyd edib ki, iyunun 10-11-də Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun artması” forumu 50 ölkədən 250 qonağı bir araya yığıb. Konqresmen sivilizasiyaların toqquşma sərhədində yerləşən Azərbaycan paytaxtına 6 ölkənin birinci xanımı ilə yanaşı qadınlara sürücülük sənədi verilməyən Səudiyyə Ərəbistanından və digər ölkələrdən nümayəndələrin qatıldığını bildirib. Müəllif bildirib ki, Mərakeşdə hələ də qadınlara seçmək və seçilmək hüququ verilməyib. Müəllif Azərbaycanı ABŞ-ın Havay ştatı ilə müqayisə edərək onun çoxmillətli, müsəlman, yəhudi və xristianların birgə yaşadığı ölkə olduğunu vurğulayıb. O, ölkənin birinci xanımı Mehriban Əliyevanı misal gətirərək ölkədə müsəlman qadınların geniş hüquqlarının olduğunu, qadınlara ABŞ-dan öncə səsvermə hüquqlarının verildiyini yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar