SON XƏBƏRLƏR

HAVYER SOLANA ABXAZİYAYA GƏLİB

2021.10.20, 07:36
HAVYER SOLANA ABXAZİYAYA GƏLİB

Gunaz.tv
HAVYER SOLANA ABXAZİYAYA GƏLİB 33311_1 Lakin avrokomissarın gəlişi abxaz liderləri separatçı fikirlərindən döndərməyib İSMAYIL Avropa Birliyinin Ali Komissarı Havyer Solana Gürcüstanın separatçı bölgəsi Abxaziyaya gəlib və Suxumidə abxazların lideri Sergey Baqapş ilə görüşərək onu Tbilisinin təklif etdiyi sülh planı ilə razılaşmağa çağırıb. Lakin avrokomissarın Suxumiyə bu ilk gəlişi abxaz liderləri separatçı fikirlərindən döndərməyib. Verilən xəbərlərə görə, danışıqların mövzularına daxil olan bəndlərdən biri də Kodor dərəsindəki Gürcüstan hərbi bölmələrinin çıxarılması olub. Solana Suxumidə belə bir söz deyib ki, Rusiyanın iştirakı olmadan danışıqlar öz mənasını itirmiş olur. Bəlli olduğu kimi, abxazlar tələb edirlər ki, Gürcüstan qoşunlarının hazırda Yuxarı Abxaziyaya yeridilmiş bölmələri oradan çıxarılsın. Tbilisi bunu etmir. Üstəlik Gürcüstan tələb edir ki, Rusiya öz qoşun hissələrini Abxaziyadan çıxarsın. Rusiya da öz növbəsində bu tələbi yerinə yetirmir və sülhü də yaratmır. Öz növbələrində abxazların rusiyapərəst separtçı liderləri Solanaya deyiblər ki, Rusiyanın öz hərbi bölmələrini Abxaziyadan çıxarmasını istəmirlər və onların bu ərazidə qalması üçün mümkün olan hər şeyi edəcəklər - bunu Sergey Baqapş deyib. Bəllidir ki, AB Suxumi və Tbilisi arasında sülhün nizamlanması prosesinə qoşulmaq istəyir, abxaz tərəfi AB-nin bunda maraqlı olmasını başa düşdüyünü və bunu müzakirə etməyə hazır olduqlarını bildirmişdir. Lakin burada əsas oyunçu Rusiya olaraq qalacaq. Havyer Solana Suxumidən Tbilisiyə gəlib. Tbilisinin məsələyə son yanaşmasına görə, onlar Suxumi ilə savaşın bərpa edilməyəcəyi barədə saziş bağlamağa hazırdırlar, bir şərtlə ki, ona riayət edilməsinə Rusiya deyil, Avropa Birliyi qarant olacaqdır. Bu mövqe barədə baş nazirin müavini Georgi Baramidze bəyanat verib. İkinci şərtləri odur ki, bütün qaçqınların Abxaziya regionuna təhlükəsiz və qeyd-şərtsiz qayıdışı təmin ediləcəkdir. Tbilisi hesab edir ki, onların təhlükəsiz və qeyd-şərtsiz qayıdışı üçün bölgədə neytral Avropa və beynəlxalq qüvvələr yerləşdirilməlidir. Gürcüstan rəhbərliyi Rusiyanı neytral ölkə deyil, münaqişədə tərəf qismində görür və qəbul edir. Tbilisi abxazlara bölgədə, Acarada olduğu kimi, azad iqtisadi zona yaradılmasını təklif edir. Bundan başqa, Tbilisi öz hərbi hissələrini Yuxarı Abxaziyadan Kodor dərəsi bölgəsindən çıxarmayacaq və separatçıların bu yöndə ultimatumlarını qəbul etməyəcək, çünki bura Gürcüstan ərazisidir. Xatırladaq ki, Kodorda bir sıra yaşayış məntəqələri keçən ildən onların nəzarətindədir və burada mərkəzi hakimiyyətə tabe olan yerli idarəetmə orqanları fəaliyyət göstərir. Qeyd edək ki, keçən ay Rusiya Abxaziyaya əlavə hərbi bölmələr gətirdi və bu akt rəsmi Tbilisi tərəfindən kəskin bəyanatlarla qarşılandı. Son zamanlar Avropa Birliyi Abxaziya məsələsində fəallığını artırıb. Qərbdən belə bir fikir də səsləndirilib ki, əgər Abxaziya məsələsi həllini tapmazsa, Rusiyanın Soçi Olimpiadası ətrafındakı bütün ümidləri boşa çıxa bilər. Bu isə, razılaşaq ki, ciddi təhdiddir. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar