SON XƏBƏRLƏR

Məhbus güneyli jurnalistlərdən xəbər yoxdur

2021.10.20, 07:36
Məhbus güneyli jurnalistlərdən xəbər yoxdur

Gunaz.tv

Bu günə qədər onların nədə ittiham olunduqları və harada saxlanıldıqları barədə məlumat əldə etmək mümkün olmayıb.

 Kəleybərli jurnalist və sosial media fəallı Əbülfəz Purhüseynqulu 29 sentyabr tarixində İranın təhlükəsizlik məmurları tərəfindən iş yerində saxlanılıb.

Sentyabrın 30-da isə mədəni fəal və incəsənət müəllimi, fotoqtafçı Arəş Şadmənd də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı yetkili qurumların gənc fəallar barəsində məlumat verməyib.

Lakin hər iki fəalın saxlanılmasının səbəbi Əhərdə “Bəsic” qüvvələrinə bağlı olan müəllimin 5 məktəbliyə təcavüz etməsi barədə xəbəri yaymaları ilə bağlı olduğu ehtimal edilir.

Onlar bu barədə idarə etdikləri sosial media şəbəkəsində məlumat yayaraq günahkarın cəzalandırılmadığını bildirmişdilər.

Təcavüz barədə xəbər yayılandan sonra Kəleybər şəhərinin cümə imamı Seyid Səid Rəşadi öz çıxışında adı çəkilən məsələ ilə bağlı sosial şəbəkə fəallarını “islam müqəddəslərini təhqir etməkdə" günahlandırıb və onların cəzalandırılmalarını tələb etmişdi.

Əbülfəz Purhüeynqulu “Arman-i Azadi”, “Nəsim-e Qaradağ” və “Məkiyal” nəşrlərinin baş redaktoru olub.

Arəş Şadmənd isə “Nəsim-e Qaradağ” nəşrinin müxbiri və fotoqrafçısı kimi fəaliyyət göstərib. O, eyni halda teleqram sosial şəbəkəsində kanal açaraq Qaradağla bağlı xəbərlərin yayılması sahəsində çalışıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar