Həbib Sasaniyan: “İndi ki sizə müsahibə verirəm, qapını çalıb həbsxanaya apara bilərlər”- Müsahibə - AUDİO

28.04.2018, 12:50

GünAz TV: 2016-cı ildə həbs edildikdən sonra mühakimə olunmadan təqribən 16 ay Təbrizdə nəzarət altında saxlanılan Həbib Sasaniyan qanunsuz qrup təşkil etmək və casusluqda ittiham edildiyini deyir.

 

Ərdəbildən “Amerikanın Səsi”nə danışan fəal nəzarətə alınma, həbs və mühakimə prosesləri həmçinin həbsdə olduğu müddətdə keçirdiyi aclıq aksiyası haqqında danışıb.

 

Həbib Sasaniyan və onunla birlikdə beş digər vətəndaş 2016-cı ilin may ayında İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındılar.

 

Onların həbsindən bir neçə ay sonra, İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində “separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun” həbs edildiyinə dair mətbuata məlumat verdi.

 

Həbib Sasaniyan deyir ki, Şərqi Azərbaycan Ədliyyəsinin məsulları ona qarşı irəli sürülən ittihamlar sübut olunmadan mətbuata yanlış məlumat buraxıblar.

 

Sasaniyan bacısı oğlu İsmayıl Fəximi və polkovnik (sərhəng) Əli Rzayi həmçinin fəallar Mehdi Əmirnejad Qasimi, Həmid Səqəfi və Babək Avəndin onunla birlikdə nəzarət altına alındığını bildirir.

 

Fəal İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) zabiti olan polkovnik Əli Rzayi ilə dostluğu haqqında “Amerikanın Səsi”nə ətraflı məlumat verib.

 

O, məruz qaldığı casusluq ittihamı haqqında belə deyir:

“İrəli sürdükləri ittiham bu oldu ki, mən “Sepah”ın gizli sənədlərini ələ keçirib və başqa ölkələrə, o cümlədən Türkiyənin Kəşfiyat Təşkilatı MİT-ə vermişəm. Amma sonunda özləri də qəbul etdilər ki, bu sözlər boşdur və bunu sübut etmək üçün heç bir sənədləri olmadı ki qoysunlar ortaya.”

 

Həbib Sasaniyan Təbrizdə ilkin məhkəmə tərəfindən 15 il həbsə məhkum edilib. Daha sonra Şərqi Azərbaycanın Apelyasiya məhkəməsi onun şikayətinə baxıb və həbs cəzasını 9 ilə endirib.

 

“İndi bu saat ki mən sizinlə danışıram, mümkündür ki, qapını döyüb məni götürüb aparalar həbsə o doqquz il ya indi istəsələr 5 il çəkdirələr,” deyə o hökmün yaxında icraya qoyulabiləcəyini bildirir.

 

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/hebib-sasaniyan/4367244.html

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qərbi Azərbaycan əyalətində onlarla kəndin yolu bağlanıb

2022-01-28

gun az article

Zənganda dəmir yolu işçiləri tətilə başlayacaq-4 aydır onların əmək haqqı verilmir

2022-01-28

gun az article

Sərəskənddə inşasına 15 il bundan öncə başlanan “Səhənd” su bəndinin tikintisi yarımçıq qalıb

2022-01-28

gun az article

Qəzvinin sement zavodunda güclü yanğın -VİDEO

2022-01-28

gun az article

Həmədanda yol qəzalarında ölənlərin sayı artıb

2022-01-28

gun az article

Ərdəbildə yolların açılması üçün texnika çatışmır

2022-01-28

gun az article

Qərbi Azərbaycanda kənd adı kürdləşdirilib

2022-01-28

gun az article

İranın dövlət televiziyasına kiber hücum edilib

2022-01-28

gun az article

Əlirza Fərşi “Bina” xəstəxanasına aparılıb: Milli fəal gözündən əməliyyat olunub

2022-01-28

gun az article

Təbrizdə türk dilində "Koroğlu" tamaşası səhnəyə qoyulub

2022-01-28

gun az article

Güney azərbaycanlı dəmir yolu işçiləri tətil aksiyasına başlayır

2022-01-27

gun az article

Qərbi Azərbaycanda istehsal müəssisələrinin çoxu fəaliyyətini dayandırıb

2022-01-27

gun az article

Urmu zindanında iki nəfər edam edilib

2022-01-27

gun az article

Ərdəbil əyalətinin su və kanalizasiya xətləri köhnədir

2022-01-27

gun az article

Məlikanda bir neçə hökumət məmuruna qarşı cinayət işi açılıb

2022-01-27

gun az article

Şərqi Azərbaycanda koronovirusun yeni ştammına yoluxanlar çoxalıb-Ölənlər var

2022-01-27

gun az article

Ərdəbildə yolların bağlı olması yeniyetmənin ölümünə səbəb oldu

2022-01-27

gun az article

Urmu gölünün sahəsi dahada kiçilib

2022-01-27

gun az article

Xoy zindanında saxlanılan milli fəal sərbəst buraxılıb

2022-01-27

gun az article

Qərbi Azərbaycanda 6 tarixi abidə milli əsərlər siyahısına salındı

2022-01-26