SON XƏBƏRLƏR

Həbs edilən azərbaycanlı müəllim Höccət İmamidən xəbər yoxdur

2021.10.20, 07:36
Həbs edilən azərbaycanlı müəllim Höccət İmamidən xəbər yoxdur

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlı müəllim və milli-mədəni fəal Höccət İmaminin həbs edilməsindən 2 həftə keçməsinə baxmayaraq, təhlükəsizlik və məhkəmə orqanları onun niyə saxlandığı və irəli sürülən ittihamlarla bağlı heç bir açıqlama vermirlər.

 

Fəalın Sayınqalada yaşayan ailəsi onun səhhəti və hansı şəraitdə saxlanılmasından məlumatsızdırlar. Ailəsi davamlı olaraq əlaqəli orqanlarla əlaqə saxlasa da, Höccət İmami barədə heç bir məlumat əldə edə bilmir.

 

Xatırladaq ki, Höccət İmami yanvarın 7-də, Sayınqalada, öz evində həbs edilib, ifadə vermək üçün Urmiya ETTELAAT İdarəsinə aparılmışdı.

 

Fəal 1 gün sonra ailəsi ilə qısa müddətli telefon əlaqəsi yaradaraq, Urmiyada saxlandığını və haqqında həbs qəti imkan tədbiri seçildiyini demişdi.

 

Tutulan zaman təhlükəsizlik orqanları əməkdaşları Höccət İmaminin evində axtarış aparıb, ona məxsus notbuk, mobil telefon və kitabları özləri ilə aparıblar.

 

Bədən tərbiyəsi üzrə magistr təhsili olan Höccət İmami ədəbiyyat müəllimi kimi çalışır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar