Həbsdə olan azərbaycanlı milli  fəal İran məhkəmə sisteminin sədrinə açıq məktub ünvanlayıb

2020-07-29 13:46

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Əlirza Fərşi İran məhkəmə sisteminin sədri İbrahim Rəisiyə açıq məktub ünvanlayıb.

Gunaz.tv Quote | Gunaz article

Fərşi məktubda İran təhlükəsizlik qüvvələrinin onu həbs edən zaman güc tətbiq edərək kobud və təhqiredici ifadələrdən istifadə etmələrini açıqlayıb, məsələ ilə bağlı şikayətçi olduğunu bildirib.

 

 

O həmçinin qeyd edib ki, həbs olunduğu gündən dəfələrlə tibbi ekspertiza mərkəzində yoxlanmaq və məmurların zorakılığından şikayət üçün müraciət etsə də zindan məsulları buna icazə verməyib.

 

 

Keçən 20 il ərzində mədəni və ictimai fəaliyyətlərinə görə dəfələrlə “əcnəbi agenti, muzdlu, satqın, casus” olmaq kimi yalan ittihamlarla üzləşdiyini bildirən Fərşi əlavə edib ki, azərbaycanlıların mədəni tələblərinin düşmənləri və qeyri-fars millətlərin ana dillərinin məktəblərdə tədrisinə qarşı olanlar “insan vicdanına və şərəfinə zidd olan” hər hansı bir hərəkətə əl atmaqdan çəkinmirlər.

 

 

Fərşi həmçinin daha əvvəl də dəfələrlə oxşar hadisələrlə qarşılaşdığı zaman şikayət etsə də heç bir nəticə əldə etmədiyini vurğulayıb. Vicdan məhbusu qeyd edib ki, öncəki təcrübələrinə əsasən, bu dəfə də heç bir məhkəmənin onun şikayətinə baxmasına ümidli deyil.

 

 

Əlirza Fərşi iyulun 21-də axşam saatlarında evinə qayıdarkən İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Təhlükəsizlik qüvvələri Əlirza Fərşi və həmin gün saxlanılan digər milli fəal Behnam Şeyxini həbs edən zaman onlara qarşı güc tətbiq edərək milli fəalları möhkəm döyüb.

 

 

Yanvarın 20-də Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18

gun az article

Güney Azərbaycanda kütləvi həbslərə başlanılıb

2020-10-18

gun az article

Təbrizdə etirazlar: "Ermənini dəstəkləmək cinayətdir"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə Qarabağın azadlığı əməliyyatına dəstək və Nurduzun bağlanması tələbi ilə aksiyalar başlayıb

2020-10-18