Həbsdə olan azərbaycanlı milli  fəal İran məhkəmə sisteminin sədrinə açıq məktub ünvanlayıb

2020-09-13 12:46

Tehranın Fəşafuyə həbsxanasında saxlanılan milli fəal Əlirza Fərşi İran məhkəmə sisteminin sədri İbrahim Rəisiyə açıq məktub ünvanlayıb.

Gunaz.tv Quote | Gunaz article

Fərşi məktubda İran təhlükəsizlik qüvvələrinin onu qarşı qanunsuz davranışlarını şərh edərək məsələ ilə bağlı tədbir görülməsini tələb edib.

 

Məktubda həmçinin Təhlükəsizlik nazirliyi müstəntiqinin milli fəala dediyi sözlərə yer verilib: “Mən həm şikayətçi, həm müstəntiq, həm hakiməm. Sənin prokurorun da mənəm, həbsxana mühafizəçin də; Mənə tabe olmaqdan başqa çarən yoxdur...”

 

Milli fəal həmçinin məktubunda bildirib ki, Təhlükəsizlik nazirliyinin müstəntiqləri bütün azərbaycanlı milli fəallara separatçı damğası vururlar: “Bütün azərbaycanlı fəallar, sivil, qanuni və mədəni fəaliyyət göstərdiklərini iddia etsələr belə istisnasız olaraq pan-türkist və separatçıdırlar. Onların heç birinə - istər ordu və “Sepah” mənsubu olsun, istərsə də şəhid övladı və s.- güvənmək olmaz.”

 

Farsca yazılan məktubu buradan oxuya bilərsiniz.

 

Qeyd edək ki, İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə apardığına görə həbs edilən Əlirza Fərşi sentyabrın 8-də Tehranın Evin zindanından Fəşafuyə həbsxanasına köçürülüb.

 

Milli fəalın Fəşafuyə həbsxanasına köçürülməsinin daha əvvəl məhkəmə rəsmilərinə yazdığı etiraz məktublar ilə əlaqədar olduğu bildirilir. Belə ki, məmurlar Fərşini daha ağır şəraitdə saxlamaqla ona təzyiq göstərmək istəyiblər.

 

Fərşi daha əvvəl də İran məhkəmə sisteminin sədrinə və Evin zindanı rəisinin məhkəmə işləri üzrə müavininə ünvanlandığı açıq məktublarda həbsxananın ağır və dözülməz durumuna etirazını bildirmişdi. Milli fəal həmçinin həbs olunduğu zaman təhlükəsizlik qüvvələrinin onu qarşı güc tətbiq edərək kobud və təhqiredici ifadələrdən istifadə etmələrini açıqlamış, məsələ ilə bağlı şikayətçi olduğunu bildirmişdi.

 

İyulun 21-də Tehranda İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan milli fəal 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.  

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17

gun az article

Güney azərbaycanlı milli fəal Həmid Mənafi Nadarlı müvəqqəti azadlığa buraxılıb

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Ərəb ölkələrinin İsrailnən münasibətlərinin normallaşmasır

2020-09-17

gun az article

“Traxtur Azərbaycan” komandasının məşqçisi cəzalandırılıb

2020-09-16

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-16

gun az article

Muxtar İbrahimi Marağa zindanına köçürülüb

2020-09-16

gun az article

Ərk cəmiyyəti adı türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi ala bilməyən uşaqla bağlı beynəlxalq qurumlara müraciət edib

2020-09-16

gun az article

Güney azərbaycanlı milli fəal Behnam Şeyxi müvəqqəti azadlığa buraxılıb

2020-09-16

gun az article

GünazTV Sep.15.2020-Özümüz: Məhəmmədəli Şah və Məşrutə

2020-09-15

gun az article

GünazTV Sep.15.2020 -GÜNDƏM MASASI: Farsçı təşkilatlar və medianın siyasi çıxar əsasında təbliğatı

2020-09-15

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-15

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 345 nəfər ölüb

2020-09-15