Həbsdə olan milli fəalların taleyindən xəbər yoxdur

2020-11-07 13:00

“Səid Sultani” və “Babək Kiyumərsi”nin həbsindən 34 gün keçməsinə baxmayaraq onların taleyi haqqında ailələrinə məlumat verilmir. Bu durum milli fəalların ailələrinin onların sağlamlıq durumları haqqında nigarançılıqlarını artırıb.

Gunaz.tv Quote | Gunaz article

Babək Kiyumərsinin bacısı Sumeyra Kiyumərsi bu haqda öz teleqram hesabında yazıb.


Bu gün, noyabrın 7-i milli fəallar Babək Kiyumərsi və Səid Sultaninin həbs edilmələrinin 35-ci günüdür.


Adı çəkilən milli fəallar Təbriz şəhərinin ETTELAAT idarəsinin təcridxanasında saxlanılırlar. Qarabağın işğaldan azad edilməsi üçün Azərbaycan ordusuna dəstək aksiyalarında iki milli fəalla yanaşı çox sayda insan həbs edilmişdi. Həbs edilənlərin çoxunun girov müqabilində azadlığa buraxılmalarına baxmayaraq, adı çəkilən milli fəallar həbsdə saxlanılıb.


Təbriz məhkəməsinin 16-cı şöbəsinin müstəntiqi “Seyid Əli Musəvi” “istintaq işinin yekunlaşmadığı” bəhanəsi ilə milli fəalların girov müqabilində azadlığa buraxılmalarına mane olur.


Milli fəalların ailələri bildiriblər ki, həbsin ilk günləri Səid Sultaninin 30 saniyəlik telefon əlaqəsini nəzərə almasaq, onlar həbs olunduqdan sonra ailə və qohumları ilə heç bir əlaqə qurmayıblar. Ailələrinin isə məhkəmə orqanlarına tez-tez müraciət etmələrinə baxmayaraq, fəalların həbsinin səbəbi və ittihamları haqqında bir açıqlama verilməyib.


Güney Azərbaycanın Culfa şəhərindən olan hər iki fəal oktyabın 4-də Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbrizdən Culfaya göndərilmiş dəstəsi tərəfindən iş yerlərində saxlanılıblar.


“ETTELAAT” işçiləri Səid Sultanini tutuduqdan sonra onun evində təftiş apararaq, fəalın şəxsi avtomobili, mobil telefonu, kitabları və komputerini özləri ilə aparıblar.
Hər iki fəal keçmişdə də, apardıqları fəaliyyətlərinə görə həbs ediliblər.


Qeyd etmək lazimdir ki, Azərbaycan ordusunun Qarabağı işğaldan azad etmə əməliyyatları zamanı İranın Ermənistana verdiyi dəstək Güney Azərbaycanın bir çox şəhərlərində etiraz dalğalarının baş verməsinə səbəb olmuşdur. Bu etiraz aksiyalarında iştirak edən çox sayda milli-mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu İran Premyer Liqasında dördüncü dəfə çempion oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11