SON XƏBƏRLƏR

Həbsdə saxlanılan güney azərbaycanlı milli fəalla sosial şəbəkədə dəstək

2021.10.20, 07:36
Həbsdə saxlanılan güney azərbaycanlı milli fəalla sosial şəbəkədə dəstək

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlılar həbsdə saxlanılan milli-mədəni fəal Tövhid Əmir Əminiyə dəstək üçün ictimai şəbəkələrdə şeir paylaşıblar.

 

 

Tövhid Əmir Əmini Beynəlxalq Ana Dili günü münasibəti ilə təbrik posterləri payladığına görə Kiyanuş Aslani ilə birlikdə 2019-cu il fevralın 20-də Tehranda saxlanılıb.

 

 

Fəallar Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində  “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamları üzrə mühakimə olunub.

 

 

Əmir Əmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə 18 ay həbs cəzasına məhkum edilib.

 

 

Tehran Apelyasiya Məhkəməsi Tövhid Əmir Əminiyə “sistemin əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib, lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. 

 

 

Koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılsa da Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini və Məhəmməd Əbdülməhəmmədzadə kimi milli-mədəni fəallar hələ də həbsxanadan məzuniyyətə buraxılmır.

 

 

Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin Tövhid Əmir Əmini haqqında paylaşdığı şeir belədir:

 

 

Bir gün bu qaranlıqda işıqlandın ay oldun

Yurdun boğazında tutulan səsdə hay oldun

 

İstirdi(istəyirdi) qurutsun bu qoca torpağı yadlar

Qatdın özünü eldə bulaqlarda çay  oldun 

  

Hər yerdə çıxıb qarşı, olan zülmə dayandın

Nahaq dolanan dillərə əlhəq ki vay oldun

 

Haqq üstə savaşdıqca yonuldun ucalandın

Qalxıb günü gündən uca dağlarla tay oldun

 

Üsyan bunu bilmişdi önündə dura bilmir

Görmüşdü necə qışda sazaqlarda yay oldun

 

Olsun ki bu günlərdə uzaqsan bizə qardaş

Sən dustağa “Tövhid” vətən eşəqində pay oldun

 

 

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar