SON XƏBƏRLƏR

Həbslər dalğası Babək qalası yürüşündən sonra da davam edir: Daha 8 fəalın saxlandığı məlum olub

2021.10.20, 07:36
Həbslər dalğası Babək qalası yürüşündən sonra da davam edir: Daha 8 fəalın saxlandığı məlum olub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşü ərəfəsində çox sayda milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Babək qalası yürüşünün yekunlaşmasına baxmayaraq həbslər dalğası davam edir.

 

Son məlumata görə, Salar Əfşari və Rəhman Qasimi Urmiyə şəhərində təhülkəsizlik qüvvələri tərəfindən saxlanılıb. Babək qalası yürüşündən sonra iyulun 7-də yaxalanan fəalların harada saxlanıldığı məlum deyil.

 

 

Yaşar Həsənpurun da şənbə günü Təbrizdə öz evində yaxalanaraq naməlum istiqamətə aparıldığı bildirilir.

 

 

Urmiyədə şəhərində daha bir fəalın yaxalandığı barədə xəbər yayılıb. Məlumata görə, iyulun 7-də Ulduz Qasimi təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

 

 

Ötən günlərdə U.Qasimi və daha onlarla fəala Babək Qalası mərasimində iştirak etməsinlər deyə ciddi xəbərdarlıq edilmişdir.

 

Azərbaycanlı fəal Əbülfəzl Bidoxt və Rəhim Əli Rzayinin də saxlanılaraq naməlum istiqamətə aparıldıqları məlum olub. Məumata görə, Əbülfəzl Bidoxt iyulun 6-ı günortadan sonra Babək qalasına gedərkən saxlanılıb. Rəhim Əli Rzayi isə iyulun 7-də Təbriz vaxtı ilə saat 17 radələrində Əhər yolunda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

 

Rəhim Əli Rzayi

 

Həmçinin, urmiyəli fəal Qulam Quluzadənin də  saxlanılan fəallar arasında olduğu bildirilir, lakin ötən günlərdə onun kimliyini müəyyənləşdirmək mümkün olmamışdır.

Azadlığa buraxılan fəallardan bir neçəsinin sözlərinə görə, “Q.Quluzadə yaxalandıqdan sonra elə döyülüb və işgəncə edilib ki, onun halı tam pisləşib. O hətta bir gecə Kəleybər Polisinin poliklinikasında həkim nəzarətində olub. O sonra poliklinikadan çıxarılaraq Urmiyə prokurorunun göstərişi ilə bu şəhərin zindanına aparılıb.”

 

Yuxarıda qeyd olunan fəalların yaxalandığı məlum olduqdan sonra Babək qalası ilə əlaqədar saxlanılan və kimliyi müəyyən edilən fəalların sayı 70-i keçdi. Lakin tutulanlardan bir çoxunun sərbəst buraxıldığı da bildirilir.

 

Babək qalası yürüşü iyulun 5-i və 6-da keçirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar