Həbsxana rəhbərliyi və İran mediyası koronovirusa yoluxan türk məhbuslara qarşı "söz birliyi"

2020-12-08 13:24

Son həftələr koronovirus xəstəliyinin İran həbsxanalarında geniş yayılması ilə bağlı çoxsaylı məlumatlar yayılıb.

Gunaz.tv Quote | Gunaz article

Etibarlı qaynaqlar, insan haqları müdafiə təşkilatları və ailə üzvləri ilıə əəlaqə saxlayan məhbusların verdiyi bilgilərə görə, Ərdəbil həbsxanasında Covid-19 virusu geniş yayılıb.

 

Verilən bilgilərdə bir sıra milli-məədəni məhbuslarda, o cümlədən həbsxananın ikinci bölməsində saxlanılan “Vasiqi” qardaşlarıından biri “Əli Vasiqi”də, yeddinci bəlmədə saxlanılan “Yusif Kari”də və onunla eyni bölmədə saxlanılan tanınmış siyasi məhbus Abbas Lisanidə koronovirus simptomları görünüb.

 

Yusif Kari və Əli Vasiqi ailə üzvləri ilə telefon əlaqəsi zamani Cənab Abbas Lisaninin vəziyyətinin ağır olduğunu, Covid-19 simptomları olan quru öskürək, əzələ ağrıları, nəfəs çatışmazlığı və b. əziyyət çəkdiyini bildiriblər.

 

Məlumatda dekabrın 7-də Abbas Lisaninin həbsxananın tibb mərkəzində müayinədən keçdiyi, həkimlərin ona yalnız şərbət, bromeksin, asetaminofen həbləri və tənəffüs spreyi verdikləri bildirilib.

 

Eyni halda bdeyilir ki, həkimlər həbsxana rəhbərliyinə ünvanladıqları hesabatlarında A.Lisaninin vəziyyətinin ciddiliyini nəzərə alaraq həbsxanadan kənar xəstəxanaya göndərilməsi ilə bağlı qəti rəy göndərdiklərini bildirblər.

 

Dünən, 8 dekabr tarixində, “cumhuri-ye İslami” xəbər agentliyi, “Gənc Jurnalistlər Klubu”, o quruma bağlı “Cavan” xəbər saytı və İranın təhlükəsizlik və “İslam İnqilabını Mühafizə Korpusu”na bağlı başqa xəbər kanalları Ərdəbil həbsxanasında koronovirus infeksiyasının yayılmasını təkzib ediblər.

 

Xəbər kanalları “Ərdəbil Əyalətinin Həbsxanaları”nın rəisi “Seyid Müctəba Seyid Hüseyni”nin açıqlamalarına geniş yer ayıraraq məhbusların sağlamlıq durumu ilə bağlı yayılan bilgilərin doğruluğunu şübhə altına salmağa çalışıblar.
 

 

“Seyid Müctəba Seyid Hüseyni” məhkumların sağlamlıq durumu ilə bağlı xəbərləri təkzib edərk deyib ki, “indiyə qədər Ərdəbil əyalətinin həbsxanalarında koronavirusa yoluxma halları müşahidə edilməyib və bununla bağlı hər hansı bir xəbər yalnışdır.”
 

Həbsxanalar rəisi, həbsxanalarda bütün lazimi tədbirlərin görüldüyünü, sosyal məsafə və başqa hallarla bağlı təlıimatların verildiyini bildirib.

 

Ərdəbil həbsxanaları rəisinin dedikləri diqqət çəkir. Çünki Ərdəbil Mərkəzi Həbsxanasının palatalarında çox sayda məhbus olduğu, çox sayda məhbusun eyni otaqda yatdığı səbəbindən sağlamlıqla bağlı təlimatları və sosyal məsafəni qorumaq praktiki olaraq mümkün deyil.

 

Başqa bir yandan, müxtəlif həbsxanalarda, o cümlədən Tehranın “Evin” həbsxanasında da koronovirus infeksiyasının yayıldığı ilə bağlı xəbərlər təkzib edilmişdi.

 

Ancaq sonradan virusun yayılma tempinin sürəti, bir çox məhbusun xəstəliyə yoluxduğu üçün ağır vəziyyətə düşməsi, müalicə mərkəzlərinə və ya ev dustaqlığına göndərilmələri İran rəsmilərinin Ərdəbil həbsxanası ilə bağlı dediklərinin də doğru olmadığını göstərir.

 

“Evin” həbsxanasında Əmirsalar Davudi, İsmayıl Əbdi və b. bu kimi tanınmış şəxslərin koronovirusa yoluxmasından sonra hökumət virusa yoluxmuş çox sayda məhbusun həbsxanadan qıraq xəstəxanalara köçürməyə, bir sırasını isə evlərinə, tibbi məzuniyyətə buraxmağa məcbur olmuşdur.

 

Ancaq bütün sahələrdə olduğu kimi bu məsələdə də məhkum və məhbus Güney Azərbaycan türklərinə qarşı ayrı-seçkilik edilir.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.06.2021-Sözümüz: Fuzuli

2021-05-07

gun az article

GünazTV May.06.2021- Düşünməyə Çağırı: Milli Ruh və Bütöv Azərbaycan

2021-05-06

gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04