Həbsxanada saxlanılan Abbas Lisani Apelyasiya Məhkəməsinin çağırdığı məhkəmə iclasına buraxılmayıb

15.04.2019, 03:56

GünAz TV: Hazırda Ərdəbil Zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Apelyasiya Məhkəməsinin çağırdığı məhkəmə iclasına buraxılmayıb.

 

Ötən günlərdə Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı şöbəsi aprelin 13-də keçirilən iclasla bağlı fəalın evinə çağırış vərəqəsi göndərib. Bu barədə elektron məktubu vasitəsi ilə onun vəkili Əsğər Məhəmmədiyə də məlumat verilib.

 

Fəal həbsxanadan Apelyasiya Məhkəməsinə buraxılmadığı üçün məhkəmə iclası şənbə günü qiyabi olaraq keçirilib.

 

Tanınmış fəalın vəkili Apelyasiya Məhkəməsinə müraciət edərək çağırış vərəqəsinin həbsxanaya göndərilməsini və bu barədə həbsxana ilə koordinasiya edilməsini istəsə də onun tələbi təmin olunmayıb. Halbuki, qanuna görə müttəhim həbsxanada olduğu təqdirdə çağırış vərəqəsi zindan məsulları vasitəsi ilə ona çatdırılmalıdır.

 

Abbas Lisani Apelyasiya Məhkəməsinin baxdığı dosyeyə görə bundan əvvəl məhkəmə tərəfindən 10 ay həbs cəzasına məhkum edilib. O məşhur musiqi ustadı, mərhum Həsən Dəmirçinin dəfn mərasimində etdiyi çıxışla bağlı “İslam Cümhuriyyəinə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində qiyabi olaraq çıxarılan məhkəmə hökmünə verdiyi etiraza baxıldığı zaman təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Ettelaat İdarəsinin təcrixanasına, oradan isə bu şəhərin zindanınına aparılıb. O hazırda Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Fəal saxlandıqdan bir neçə həftə sonra Ərdəbil Prokurorluğunda irəli sürülən ittihamlarla tanış olub. Onun Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək, milli təhlükəsizliyə qarşı təhdid yaratmaq, qanunsuz qrup yaratmaq və sistemin əleyhinə təbliğat aparmaq kimi qondarma ittihamlarla üzləşdiyi məlum olub.

Heç bir əsası olmayan ağır ittihamların irəli sürülməsi azərbaycanlı fəala qarşı yeni ssenarinin qurulduğundan xəbər verir.

 

Abbas Lisani uzun illərdir Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Apelyasiya Məhkəməsinin göndərdiyi çağırış vərəqəsi

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Savə şəhərində azərbaycanlı ələvi həbs edilib

2022-12-02

gun az article

Zənganlı milli fəal Fərşid Mühaciriyə həbs cəzası verildi

2022-12-02

gun az article

Urmulu milli fəal Meysəm Şirini müvəqqəti azadlığa buraxılıb

2022-12-02

gun az article

“Sözümüz”: “Kürd basqısına məruz qalan Kərkük” - VİDEO

2022-12-02

gun az article

Güney azərbaycanlılar Vaşinqtonda aksiya keçirəcək

2022-12-02

gun az article

“Görüş”də müzakirə: “Milli dövlətçilik zərurəti” və “Etirazlar və rejimin qorxuya düşməsi” -VİDEO

2022-12-01

gun az article

“Özümüz”: “Güney Azərbaycan ücün nə iş görməliyik?” - VİDEO

2022-12-01

gun az article

Azərbaycanlı hüquq müdafiəçisi Ruqəyyə Bəydilli müvəqqəti azadlığa buraxılıb

2022-12-01

gun az article

Ərdəbilli milli fəalın məhkəməsi olub

2022-12-01

gun az article

Bakıda “Urmiya gölünün harayı” adlı “dəyirmi masa” keçirilib

2022-11-30

gun az article

Güneyli xanım fəala həbs cəzası verilib

2022-11-30

gun az article

Azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadə edama məhkum edilib

2022-11-30

gun az article

Məlikanda bir neçə milli fəal müvəqqəti azadlığa buraxılıb

2022-11-30

gun az article

Təbrizin millət vəkili: "Danışmaq istəyəni rəhbərə qarşı olmaqda ittiham edirlər"

2022-11-30

gun az article

Cavid Rəhmanın İranda etirazçıların edam edilməsindən narahatlığını bildirib

2022-11-30

gun az article

İran-ABŞ matçında Azərbaycan bayrağı - “O tayı da, bu tayı da”

2022-11-30

gun az article

Ana dili fəalı Əlirza Fərşi aclıq aksiyası keçirəcək

2022-11-30

gun az article

Urmu zindanında milli fəal Davud Kabalı aclıq aksiyası keçirir

2022-11-30

gun az article

Qoşaçay həbsxanasında fəallara işgəncə verilib

2022-11-30

gun az article

Təbrizdə universitet müəllimləri tələbələri dəstəklədi

2022-11-29