Həbsxanadan naməlum məkana aparılan azərbaycanlı alim Prof. Əhmədrza Calali etiraf etməyə məcbur edilir

06.08.2019, 05:14

GünAz TV: Edama məhkum edilmiş güney azərbaycanlı alim, mütəxəssis həkim Əhmədrza Calali ötən günlərdə adı bilinməyən təhlükəsizlik orqanı tərəfindən naməlum bir məkana aparılıb, onun etiraf etmək üçün təzyiq altında saxlandığı bildirilir.


“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, iyulun 29-da naməlum məkana köçürülən alimə təzyiq edilir.


Ə.Calalinin həyat yoldaşı Vida Mehranniya avqustun 4-də bu barədə önəmli açıqlama verib: “Hələlik onun haraya və hansı orqan tərəfindən aparıldığı məlum deyil. O ailəsi ilə telefon əlaqəsi saxlayaraq etiraf etmək üçün təzyiq altında saxlandığını bildirib. Ə.Calali təhdid edilib ki, yeni dosyenin quraşdırılması ilə bağlı etiraf etməyəcəyi təqdirdə edam hökmü yaxın zamanda icra olunacaq.”


V.Mehranniya əlavə edib ki, son vaxtlar Ə.Calalinin səhhəti yenidən ağırlaşıb. Ona görə də bu həftə xəstəxanaya aparılmalı idi. Lakin müalicə yerinə daha ağır cismi və ruhi təzyiqlərlə üzləşdi.


Ə.Calali bundan əvvəl ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq təkadamlıq kameraya köçürüldüyü və edam hökmünün icra olunacağı ehtimalından danışmışdır.


Prof. Ə.Calali İsveç vətəndaşıdır, o İranda “Mossad”a casusluq ittihamı ilə edama məhkum olunub və hazırda Tehranın Evin zindanında həbsdədir. Alim özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamın heç bir əsası olmadığını bildirib. Deyilənlərə görə, o Avropa ölkələrinə qarşı “Sepah”ın casusluq projelərinə qatılmaqla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.


Bundan əvvəl BMT azərbaycanlı aliminin səhhəti ilə bağlı İran hökumətinə xəbərdarlıq edib, həmçinin müxtəlif ixtisaslar üzrə 121 nobel mükafatı laureatı onun azadlığa buraxılmasını tələb edib.


Təbriz şəhərində dünyaya göz açan Ə.Calali İranda tibbi universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb. O 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.
 
Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə çoxlu məhdudiyyətlər qoyulub. Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.
 
Azərbaycanlı alimın dosyesi İranda müəyyən məhbuslara qarşı saxta ittihamla quraşdırılan dəhşətli dosyelərdən biridir. Dosyedə ziddiyyətlərin olduğu ilə bağlı çoxlu faktların üzə çıxdığı bildirilir.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azay Quliyev: "Azərbaycan Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə başlamağa hazırdır"

2022-01-25

gun az article

Paşinyan: “Ankaranın verdiyi bu fürsəti əldən buraxmaq məntiqsiz olar”

2022-01-25

gun az article

Ermənistan prezidentinin məxfi xarici vətəndaşlığı və digər cinayətləri aşkarlanıb

2022-01-25

gun az article

Paşinyan: “Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”

2022-01-24

gun az article

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısını keçirəcək

2022-01-24

gun az article

"Bölgədə vəziyyəti və balansı yalnız Türkiyə dəyişə bilər" - Ukraynalı politoloq

2022-01-24

gun az article

NATO Şərqi Avropaya əlavə qoşun göndərir

2022-01-24

gun az article

Polis rəisi: "Şuşa şəhəri minalardan tam təmizlənib"

2022-01-24

gun az article

İranın yol və şəhərsalma nazirinin Füzuli şəhərinə səfəri başlayıb

2022-01-24

gun az article

Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib

2022-01-24

gun az article

Azərbaycanın müdafiə naziri İrana gedir

2022-01-24

gun az article

“Diyar-i Türk” jurnalında şəhid general Polad Haşımova yer ayrılıb

2022-01-24

gun az article

İranda Çabahar Azad sənaye və ticarət zonasının icraçı direktoru həbs edilib

2022-01-24

gun az article

Tanınmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib

2022-01-24

gun az article

“Bəzi açıqlamalara tələsik reaksiya verməməyə çalışırıq” – XİN rəsmisi

2022-01-24

gun az article

Ağ Ev-dən son hazırlıq: ABŞ diplomatlarına Ukraynanı tərk etməyə icazə verildi

2022-01-24

gun az article

Anar Rzayev: “Azad edilən ərazilərə avtobus reysləri humanitar inteqrasiyada mühüm rol oynayacaq”

2022-01-24

gun az article

Bakıdan Şuşaya gedən avtobuslara 400-ə yaxın bilet satılıb

2022-01-24

gun az article

Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayıb

2022-01-24

gun az article

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib

2022-01-23