"Həbsxanaların qapılarını açın": Sosial şəbəkələrdə güneyli siyasi məhbuslara dəstək aksiyası keçirilir

2021-04-12 09:21

Son günlər İranın əksər bölgələrində koronavirusun geniş yayılması, pandemiyanın daha təhlükəli dördüncü dalğasının başlanması, həbsxanalarda virusa yoluxan şəxslər barədə məlumatların yayılması güney azərbaycanlı siyasi məhbuslarların sağlıq durumu ilə bağlı narahatlıqları artırıb.

Gunaz.tv Quote | Gunaz article

Güney azərbaycanlı sosial şəbəkə istifadəçiləri şəxsi hesablarında və ümumi qruplarda müxtəlif yazı və paylaşımlarla güneyli məhbusların, özəlliklə milli-mədəni fəaliyyətinə görə həbs edilənlərin məzuniyyətə buraxılmalarını tələb ediblər.

Milli fəallar tərəfindən hakimiyyət orqanlarına "həbsxanaların qapılarını açın", "siyasi məhbuslara məzuniyyət verilsin" və digər çağırışlar edilib.

Qeyd edək ki, Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbus Yusif Karinin həbsxana nəzarətçiləri və məmurları tərəfindən zorakılığa məruz qalması, döyülməsi haqqında məlumatlar yayılıb. Məlumata görə, ağır işgəncədən sonra Yusif Kari ciddi xəsarətlər alıb və naməlum istiqamətə aparılıb.

O, bir müddət öncə həbsxana rəhbərliyini məhbusların hüquqlarını pozmaqda, məhbusların məzuniyyətə buraxılmasında ayrı-seçkiliyə yol verməkdə günahlandırdığı üçün təzyiqlərə məruz qlmışdı. 

 

Siyasi məhbus saxlanıldığı bölmədən karantin bölməsinə köçürülməsinə etiraz olaraq aclıq aksiyasına başladıqdan və başqa siyasi məhbusların, o cümlədən, Abbas Lisani, Siyamək Mirzayi, Əli və Rza Vasiqi qardaşları ona dəstək aksiyasına qoşulduqdan sonra öz bölməsinə qaytarılıb və aclıq aksiyasını dayandırıb.

 

Bu saata qədər Yusif karinin ailəsi onu hara köçürülməsi barədə məlumata malik deyil. Onların Yusif bəyin sağlıq durumu ilə bağlı məlumat öyrənmək üçün etdiyi müraciətlər də cavabsız qalıb.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16

gun az article

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

2021-09-16