SON XƏBƏRLƏR

Heç bir ölkə partlamış İran tankerinə yardım təklif etməyib

2021.10.20, 07:36
Heç bir ölkə partlamış İran tankerinə yardım təklif etməyib

Gunaz.tv

GünAz TV: İran Milli Tanker Şirkətinin icraçı direktoru Nəsrullah Sərdəşti heç bir ölkənin bu gün partlamış İran tankerinə yardım təklif etməməsindən şikayətlənib.

 

O, ekipaj üzvlərinin zərər görmədiyini və gəmidə olan neftin Qırmızı dənizə axmasının qarşısının alındığını deyib.

 

İcraçı direktor tankerin hələ ki, hərəkətə başlamadığını deyib. Onun sözlərinə görə, yenidən hərəkətə başladıqdan sonra gəmi Qırmızı dənizi tərk etmək üçün öz trayektoriyasını dəyişdirəcək.

 

Sərdəşti hələ ki, partlayışların hansı səbəbdən baş verdiyinin məlum olmadığını, bu istiqamətdə araşdırmaların getdiyini deyib.

 

Qeyd etmək lazımdır ki, bu gün səhər saat 05:00-da və 05:20 radələrində Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında İrana məxsus tankerdə iki güclü partlayış baş verib. İranın hökumət saytları partlayışların Səudiyyədən atılan raket nəticəsində baş verdiyini iddia edirlər.

 

Digər tərəfdən, körfəzdə və Omman dənizində cari ilin yay aylarından tanker münaqişəsi yaşanır. İlk olaraq İranın Birləşmiş Ərəb Əmirliyi yaxınlığında yerləşən Əl-Füceyrə limanında həyata keçirdiyi hücum nəticəsində 4 ticari gəmiyə zərər dəymişdi. Bundan sonra “Sepah” terror təşkilatı Omman dənizində iki tankerə qarşı da hücum həyata keçirmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar