SON XƏBƏRLƏR

“Həft-Təpə” şəkər qamışı zavodunun fəhlələri həbs və şallaq cəzalarına məhkum ediliblər

2021.10.20, 07:36
“Həft-Təpə” şəkər qamışı zavodunun fəhlələri həbs və şallaq cəzalarına məhkum ediliblər

Gunaz.tv

GünAz TV: “Həft-Təpə” şəkər qamışı zavodunun “Telegram” səhifəsində yayılan məlumatda zavodun fəhlələrindən bir neçəsinin 20 şallaq zərbəsi və 6 ay şərti azadlıqdan məhrumetmə cəzalarına məhkum edildikləri deyilir.

 

Daha öncə zavodun işçilərinin nümayəndəsi İsmayıl Bəxşinin Tehranda mühakiməsi zamanı bir neçə fəhlənin də Şuş şəhərində məhkəmələrinin keçirildiyi barədə məlumat yayılmışdı.

 

Hələlik İran məhkəmə sistemi yayılan xəbərlərə münasibət bildirməyib. Cəzaya məhkum edilmiş fəhlələrin sayı barədə məlumat verilməyib.

 

Qeyd etmək lazımdır ki, “Həft-Təpə” şəkər qamışı zavodunun fəhlələri uzun müddət idi ki, əmək haqlarının verilməməsi və ağır iş şəraitinə görə etiraz aksiyaları keçirirdilər. İşçilərin nümayəndəsi İsmayıl Bəxşi 1-ci dəfə saxlanılan zaman özünün və sivil aktivist Sepidə Qəliyanın ETTELAAT işçiləri tərəfindən fiziki və mənəvi zorakılığa məruz qaldığını demiş və buna görə də, nazir Mahmud Ələvini canlı yayımda duelə dəvət etmişdi. O, bir müddət sonra yenidən həbs edilmişdi və hazırda məhkumluq həyatı yaşayır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar