GünAz TV: “Həft Təpə” şəkər qamışı zavodunun işçiləri 21 fəhlənin işdən azad edilməsinə etiraz olaraq, ard-arda 2-ci gündür ki, etiraz aksiyası keçirirlər.
Onlar çıxarılmış işçilərin dərhəl və qeyd-şərtsiz öz işlərinə qaytarılmasını tələb ediblər, eləcə də əməkhaqlarının azaldılması üçün hazırlanan planı pisləyiblər.
Bundan öncə də zavodun işçiləri dəfələrlə gecikmiş əməkhaqlarının verilməməsi və yarıtmaz idarəçiliyə görə etiraz aksiyaları keçiriblər.
Ötən ildən keçirilən aksiyalar zamanı fəhlələrin nümayəndəsi olan İsmayıl Bəxşi başda olmaqla, bir neçə işçi saxlanılıb. Saxlanılan dövr “ETTELAAT” Nazirliyi tərəfindən işgəncələrə məruz qaldığını deyən Bəxşiyə qarşı məhkəmənin hökmü ilə 14 il həbs cəzası verilib.
İranın bir neçə millət vəkili, eləcə də beynəlxalq qurumlar işçilərə qarşı ağır cəzaların verilməsini kəskin qınayıblar.
Ə.A