Həkimə Əhmədinin ölkədən çıxışına qoyulan qadağa təsdiqlənib: "İşgəncənin əlamətləri hələ də bədənimdədir"- FOTO

2020-10-09 15:08

Ötən gün ölkədən çıxışına qoyulan qadağanın təsdiqləndiyi barədə məlumat alan güney azərbaycanlı milli- mədəni fəal xanım Həkimə Əhmədi bildirib ki, hələ də tutulan zaman məruz qaldığı işgəncənin izləri bədənində qalır.

Gunaz.tv Quote | Gunaz article

Həkimə Əhmədi qeyd edib ki, Təbriz 2 saylı Məhkəməsinin 113-cü şöbəsinin oktyabrın 7-də çıxardığı qərara əsasən, onun ölkədən çıxışına qadağa qoyulması təsdiq edilib. 


Təbriz 2 saylı Məhkəməsi ilk dəfə bu qərarı sentyabrın 20-də qəbul etmişdi və xanım fəal buna etiraz edərək, qərara yenidən baxılmasını istəmişdi. 


Lakin məhkəmə bu etirazı rədd edərək, ölkədən çıxış qadağasını təsdiqləyib. 


Ötən həftələr ərzində "ETTELAAT" əməkdaşları dəfələrlə xanım Həkimə Əhmədiyə zəng edərək, onu təhdid ediblər. Bundan savayı, milli fəala iyul ayının 16-da verilmiş ingəncədən meydana gələn yara və göy yerləri hələ də onun bədənində qalır. 


Bu fotoda xanım Həkimə Əhmədinin işgəncə nəticəsində ayağında yaranan yara izləri açıq- aydın görünür. Fəal qeyd edir ki, 2 ay 20 gün keçməsinə baxmayaraq, hələ də sağalmayıb. 


"Bağışlayın, ancaq ayağımın şəkillərini göstərə bilirəm. Amma bədənimin hər bir yeri həm qaralmış, həm də göyərmişdi və hələ də yaraların yeri getməyib", - deyə milli- mədəni fəal xanım əlavə edib. 

 


Xatırladaq ki, Həkimə Əhmədi onlarla digər fəalla birlikdə Ermənistan rejiminin Tovuzda Quzey Azərbaycana qarşı növbəti təxribat addımına etiraz və Azərbaycana dəstək olmaq məqsədilə Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçirilən eyləmdə "Sepah" terror təşkilatının Kəşfiyyat İdarəsinin üzvləri tərəfindən döyülərək həbs edilmişdi. 


O, 21 gün ağır işgəncələr altında həbsdə saxlandıqdan sonra ibtidai istintaq dövrünün sona çatmasına qədər avqustun 6-da 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb. 


Ona qarşı "ictimai asayişi pozmaq" kimi saxta ittiham irəli sürülüb. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12