SON XƏBƏRLƏR

Həmədan Əyaləti: Bahar şəhərində orta yaşlı bir kişinin cəsədi tapılıb

2021.10.20, 07:36
Həmədan Əyaləti: Bahar şəhərində orta yaşlı bir kişinin cəsədi tapılıb

Gunaz.tv

GünAz TV: Həmədan Əyalətində yerləşən Bahar şəhərinin kəndlərinin birində orta yaşlı bir kişinin cəsədi tapılıb.

 

Hadisə bir neçə gün əvvəl baş versə də, bu barədə Həmədan Polis İdarəsinin ictimai məsələlər üzrə rəis müavini polkovnik Hüseyn Bəşəri “İsna” xəbər agentliyinə yenicə məlumat verib.

 

“Mayın 8-də Bahar şəhərinin kəndlərindən birində kimliyi məlum olmayan orta yaşlı bir kişinin cəsədi tapılıb. Polis cəsədin tapıldığı yerə müraciət etdikdən sonra ilkin araşdırma aparıb. Birinci baxışda zorakılıq əlamətləri görünməyən cəsəd tibbi ekspertizaya göndərilib. Naməlum şəxsin ölümü “şübhəli ölüm” elan olunub.”-deyə o bildirib.

 

Polis rəsmisi bildirib ki, tibbi ekspertiza sözügedən şəxsin qətlə yetirildiyini açıqlayacağı təqdirdə Polis İdarəsi dosyeni məhkəməyə göndərəcək.

 

Qeyd edək ki, bir çoxları vaxtı ilə İranda insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğunu iddia edirdi. Lakin ölkəni bürüyən yoxsulluq, işsizlik, narkomaniya, həmçinin ictimai və siyasi proseslərin məcrasının dəyişməsi nəticəsində artıq insanların  təhlükəsizliyinin qorunmadığına dəlalət edən müxtəlif faktlara rast gəlinir. Baş verən cinayət hadisələrinin sayının artması o cümlədəndir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar